Monday, August 24, 2009

Əyyubun dastanı və ya Allah, İblis və Bəşər Oğlu (dini reklam:)

Bibliyanın ən çox sevdiyim, ən çox haqqında düşündüyüm və hər zaman üçün məni ən çox təsirləndirən kitablarından biri Əyyub adlanır. Buna qısaca Əyyubun dastanı və ya kitabı da deyilə bilər. Mən buna dastan deyirəm çünki, bu insan, Allah və şeytan münasibətlərinin gündəlik həyat prizmasında sınan yanğılı, ağrı-acılı anladılması hekayətidir.

Bu kitabı oxumaqla, əziz oxucu, Xristian olacağından qorxursansa, qorxma, o kitab səni xristian etməyəcək, çünki bu bir hekayət kitabıdır, dastanıdır və Əhdi Cədid kitablarında rast gəlinən moizə şəkli deyil. Onu oxumaqla ancaq düşünmək, öyrənmək olar. Hə, bir də yüz illər bundan öncəki insanların düşüncəsinə, həyat gerçəyini şərh şəklinə valeh olmaMAmaq mümkün deyil. Kitab Əyyub adında birisinin həyatını anladır. Adam zəngin birisiymiş, öz dövrünün belə demək mümkünsə əla bir biznesmeni. Dəvələri, sürüləri, qul-qaravaşı nə qədər istəsən. öz dövrünün meneceri də demək olar buna, hər halda o qədər var-dövləti idarə etmək asan deyil. Lakin adam, həm də dövrünün çox dindar biznesmeniymiş. Bibliyanın anlatdığına görə, Əyyub vaxtlı-vaxtında Allaha qurban kəsər, dua edər və şad-xürrəm yaşarmış. Qüsursuz, doğru birisiymiş. Necə deyərlər, təqvası təqva, imanı imanı, namazı da necə lazımdı. Allah da başından tökmüşmüş zənginliyi, varlıq içində yaşayırmış.Günün birində Allah oğulları (qədim İbranicədə Allah oğulları Allaha çox yaxın adamlar, mələklər və o cümlədən övliyalar üçün də işlədilirmiş), Rəbbin hüzuruna çıxmaq üçün gəldikdə, İblis də onlarla gəlir. Rəbb İblisdən hardan gəlirsən deyə soruşur və şeytan da yer üzünü gəzib – dolaşmaqdan deyir. Rəbb şeytana deyir ki, qulum Əyyuba baxıb, düşündümmü, çünki dünyada onun kimisi yoxdur. Pisliklərdən uzaq durar, Allahdan qorxar. Şeytan isə maraqlı bir cavab verir. Qısacası cavabı belədir ki, məgər boş yerə qorxur səndən? o qədər var-dövlət vermisən, özünü qorumusan xata-bəlalardan. Amma əlindəkiləri alsan üzünə söyəcək. Allah da buna sahib olduğu hər şeyi sənin əlinə təslim edirəm, amma özünə toxunma deyir.Və İblis Əyyubun var-dövlətini almaq və kimin hara qədər Bəşər Oğlu haqqında haqlı olduğunu göstərmək üçün yola çıxır.Gerisini bilmək istəyirsiniz? Əyyubun var-dövlətini, övladlarını, qul-qaravaşlarını itirdikdən, özü bir xəstəliyə mübtəla olduqdan sonra nə etməsini öyrənmək istərdiniz? Yoxsa, Allahın, Şeytanın, İnsanın bu oyundan necə çıxdıqlarımı sizi maraqlandırır?Onda oxuyun. Öyrənmək üçün. Anlamaq üçün. İnsan faciəsinin nə qədər bəşəri və universal olduğunu bilmək üçün. Oxuyun…

No comments:

Post a Comment

gündəlikdə axtarış