Saqiya! Badə gətir, içi dolu eşq olsun,
Əzmə, büzmə, sadə gətir, yarısı da əşk olsun
Otur içək, mən danışım, sən qulaq as,
Ruhi – Rəvan yadə salaq, ruhumuza məşq olsun!
Bir Aşiq var, sənin üçün candan keçib
Ta qanını canə çəkək, tənimizə müşk olsun
“Mən ki ondan bixəbərəm” düşünsən,
İsmi İncil namə qoyub sınayana püşk olsun
İçək eşqin şərabını röyalara dalıb uçaq,
Verilmişik yarə buta, hicran bizə səbr olsun...
Ölümündə vəftiz etdi, yanğılara İsa səni,
Sevgidə ki çarə vardır! - ahı bütün əmr olsun
Sözlərimə şəkk edərsən gözlərindən görünür,
Doğru qayə deyilsə bu, qoy qənimim Rəbb olsun
Məsihidən duydun yetər, yolçu yolunda gərək,
Al, ümiddən mayə tut sən, qibləgahın Həqq olsun...
No comments:
Post a Comment