Axşam evə gəldiyin zaman,
Televizorun önünə keçməzdən,
Divanın üstünə sərilməzdən,
Hələ dərdini, aman,
Düşünməzdən öncə
Aç bilgisayarını.
Klavişləri oxşayaraq
Yaz virtual vərəqələrə
O gün etdiyin üç yaxşılığı,
Üç pisliyi –
Ağlat ruhsayarını.
Dayan...anladım...
Nə?... bilgisayarın yoxdu?
Əlinə bir qələm al,
İçi boş olsa da olar
Ağ kağız oğurla
Üstü toz basmış masadan.
O gün etdiyin üç yaxşılığın,
Və Üç paxıllığın
Səsini cız.
Yox...bu da olmur?
Canın sağ olsun...
Otur evində,
Dörd divar arasında
Kasıbçılığı bir anlıq
Yoxların zənginliyi kimi gör
Barmaqlarınla soyuq divarda
O gün vücuda gətdirdiyin
Üç yaxşılığın
Və üç yaramızlığın
Rəqsini....
Dalını sən qoş mən davam edim.
Bu da olmur...
Evin yoxdu...
Küçədəsən... .
Gir bir körpünün altına,
Ürəyində o gün,
Qəsdən etdiyin
Üç yaxşılığın,
Üç axmaqlığın
Döyüntülərini say...
No comments:
Post a Comment