Wednesday, August 26, 2009

Şah Dua

Göylərdəki Atamız!
Sənin adın Uca olsun
Şahlığın bərqərar olsun
İradən - göydəki kimi -
Yerdə o da qoy var olsun
Yetir bu gün
Bizim günlük çörəyimizi,
Bağışla bizi -
Biz ki əsirgəmərik
“Borc olsun!”
dediklərimizdən
Əfvimizi.
Azdırma bizi
Qurtar şeytandan bizi
Çünki ağalıq,
Güc və ucalıq
Sonsuzadək Sənindir
Amin!
Bu İsəviliyin önəmli dualarından birinin səthi tərcüməsidir. Daha doğrusu üzərində çox işləməmişəm və bloq ziyarətçilərini məsihiliyin önəmli dualarından birilə tanış etmək üçün ümumi şəkildə, detallarına varmadan tərcümə etmişəm. Duanın özündə şeirlik var mən də buna uyğun tərcümə etməyə çalışmışam. Bu dua isəviliyin ən əhəmiyyətli dualarından biri, bəlkə də birincisidir deyə bilərəm. Özünə hörmət edən hər bir isəvi bu duanı əzbər bilir. Xristianlar bu duanı bəzi ibadətlər zamanı istifadə edərlər, lakin fərdi ibadətdə də işlədilir. Mənim bu dua ilə bağlı maraqlı xatirələrim var və mənim üçün bu dua gücü, birliyi, İlahiyə tərs inancı təmsil edir. “Ağanın duası” adıyla bilinir. Bəzən xristianlar bu duanı söylədiklərində əl-ələ tutarlar ya biri-birilərinin çiyinlərinə əllərini qoyarlar – məqsəd toxunaraqdan, fiziki səviyyədə biri-biri ilə münasibətə girməkdir. Daha sonra hər kəs ucadan, xorla bu duanı oxuyar. Gözünüzün önünə əl-ələ tutmuş, uca səslə dua edən 15-25 insan gətirin. Başqaları ilə birlikdə, onları hiss edərəkdən, bütöv bir bədən kimi, bir vahid canlı orqanizmə çevrilərəkdən dua etmək. Bir sıra yazarlar, teoloqlar bu dua ilə İslamdakı Fatihə arasında oxşarlıqlar olduğunu qeyd edirlər. Siz belə oxşarlıq tapsanız xəbər edin... .

No comments:

Post a Comment

gündəlikdə axtarış