Fikirləşdim ki, dinlərin öyrənilməsi ilə bağlı çox rastlanılan terminlərdən, anlayışlardan bəzilərini bloqda yazım, bəlkə kiməsə maraqlı olar.
Leqalizm – (dinşünaslıqda) bu və ya digər dində gündəlik qaydalara olduğu kimi, nöqtə-vergilinə qədər riayət edilməsini insan həyatı üçün digər elementlərdən daha üstün görən axın, yanaşma. Leqalizm dinin daxilinə deyil, zahirinə daha çox önəm verir.
Şeylaizm – şəxsin bir neçə dinin elementlərini (kefi istədiyi kimi) bir araya gətirərək, öz dünyagörüşünə və şəraitinə xidmət edən din, şəxsi inanc yaratmasına deyilir. Məs, islamdan Allahın təkliyini, Xristianlıqdan Tanrının bəşəriləşməsini, Hinduizmdən kasta sistemini, Buddizmdən Dharmanı, və s. bir araya gətirib şəxsi dini inanclar toplusu yaratmaq şeylaizmdir.
Sui generis yanaşması – bu yanaşma dini müstəqil fenomen kimi qavrayır və onu başqa sosial-psixoloji şərtlərə müncər etmədən və ya onları da içinə alsa belə, müstəqil, özü-özünü ortaya çıxaran sistem kimi qəbul edib öyrənilməsinə deyilir.
Dinlərdə Kopernik inqilbalı – İngilis teoloqu Con Hik (John Hick) tərəfindən təklif olunmuş xristianlıqda islahat sistemi. Con Hikin təliminə görə, Allah mərkəzdə dayanan günəş, dinlər isə onun orbitində dönən planetlərə bənzəyir. Xristianlığın həmin bu orbitdə yerini alması üçün Məsihyönlü deyil, Tanrıyönlü olması gərəkir.
Azadlıq teologiyası – Latın Amerikası ölkələrində yaranıb, ordan başqa ölkələrə yayılmış teoloji hərəkat, sistem. Bu teologiyanın əsas məqsədi toplumun basqı altına alınmış qruplarının həmin bu basqılardan azad olunmasının dini yollarını tapmaqdır.
Humanist dinşünaslıq məktəbi – dinşünaslıqda dini öyrənmənin bir yolu. Dini fenomenin öyrənilməsini sırf empirik metorlara müncər etməyi qəbul etmir və onu davranışa müncər edilməyən, daha çox subyektiv, insani, emosional aspektləriylə öyrənən məktəb. Bu məktəb insanın dini araşdırmalarda manipulyativ obyekttəki görülməsini rədd edir.
Naturalist dinşünaslıq məktəbi – dinşünaslıqda dini öyrənmənin bir şəkli. Bu məktəbin ardıcıllarına görə dini, insanların davranışlarını öyrənməklə, təcrübələr keçirməklə tamamən, sonuna qədər izah etmək mümkündür və dinin kökü təbiətə dayanır. Din tarixən əmələ gəlmiş fenomendir və o Allah-filan kimi şeylərə istinad edərəkdən öyrənilməməlidir.
Proqressiv müsəlmanlar – İslamda bir hərəkat. Bu hərəkatın ABŞ-da təşkilatı da var. Hərəkatın əsas ideyasına görə, İslamın müasir liberal dəyərlərlər bir araya gətirilə bilər və bunun üçün İslamda islahatlar aparılmalıdır. Proqressiv müsəlmanlar üçün Qurani-Kərimin şərhində tarixi şərh ənənələri, üləmaçılıq, hədis və s. və ia ikincidir və mənbə deyil. Önəmli olan yalnız Qurandır.
Elmi Buddizm – Buddizmdə bir hərəkat və ya qol. Bu qolun nümayəndələrinə görə Buddizmlə elm arasında heç bir ziddiyyət yoxdur və buddizm dini konseptlərlə problemsiz uzlaşdırıla bilər.
Tarixiliyə ayıq düşüncə - bu və ya digər bir sistemin tarixən gəlişdiyini və tarixin bir dönəmində də yox olacağını vurğulayan yanaşma. Tarixiliyə ayıq düşüncə öz - özlüyündə problem deyil, lakin bir sistem, yanaşma və s. və ia tarixilik özəlliyinə malikdir deyə, onunla istənilən kimi rəftar etmək epistemoloji problemlərə yol açır.
No comments:
Post a Comment