İki halı düşünün. Birinci halda küçədəsiniz. Önünüzdən bir insan keçir və sizə onun haqqında soruşurlar. Adamı tanımırsınız. Deyirsiniz ki, bu bir adamdır, tələbəyə bənzəyir, özü də cavan oğlandı, görünüşündən şişman birisidir, yürdüyü zaman axsayır. İkinci halda da küçədəsiniz. Uzaqdan bir tanışınız ya dostunuz keçir və sizə onu göstərib onun haqqında soruşurlar. Adamı tanıyırsınız bir yerə qədər. Deyirsiniz bu Hüseyndi, bizim qonşumuzdu, yaxşı adamdı, orta yaşlıdı, özü də çox təmkinlidi, sözünün yerini və vaxtını bilən birisidi, keçən ay yaxın qohumunun toyunda yaxşı bir rəqs elədi, heç elə rəqs etdiyini bilmirdim. Bir sözlə, canlara dəyən adamdı.
İndi hər iki təsvir üzərində düşünün. Onların arasında ən bariz fərq özünü nədə göstərir? Məncə onları necə və nə qədər tanımanızda. Birinci təsvir kimsəni fərdiləşdirmir. Bütün sözlər onu bu və ya digər kateqoriyaya aid edir: o qadındır, tələbədir şişmandır. Başqa sözlə, sizinlə həmin adamın bölüşdüyü ortaq xatirə, yaşantılar yoxdur. Ikinci də isə vəziyyət başqadı. Siz onu artıq bir fərd kimi xarakterizə edirsiniz, yalnız ona məxsus özəllikləri əsasında, onunla bölüşdüyünüz yaşantılara, təcrübəyə dayanaraqdan. Onunla sizin bir münasibətiniz var. Bu münasibətdə o sizin üçün sadəcə kişi, orta yaşlı olmaqdan çıxır və Həsən, gözəl rəqs edən birisi, sözünün vaxtını və yerini bilən adam halına gəlir. Bir çox insanların Onunla münasibəti də elə birinci təsvir olunana bənzəyir. O kimdir soruşsam aranızda bəziləri o hər şeyi yaradıb, o hər şeyi bilir, o hər şeydən güclüdür, o Qurana inanmayanları cəzalandıracaq kimi ifadələrlə cavab verəcək.
Bəs nə qədərimiz, Onu ikinci təsvirdə verildiyi kimi tanıda bilər. Hansımızın Onunla münasibəti mücərrəd, oxuduğumuz şeylərdən keçib, fərdiləşir, xatirələrimizlə və yaşantılarımızla yoğrulur və məhz sizin tanıdığınız O halına gəlir?
Tanrını ən fərqli şəkillərdə tanımaq olar. Lakin hər bir halda sizin can atmağınıza ehtiyac var. Onu tanımaq üçün, Ona vaxt ayırmaq lazımdı. Dualarınızda, düşüncələrinizdə, əməllərinizdə, tövbələrinizdə, dünyaya baxışınızda, şübhənizdə, kin və nifrətinizdə, ən qara günlərinizdə, durğun anlarınızda və s. Onunla daim danışmaq lazımdı. İçinizdə, bəlkə ürəyinizdən keçirsə, eşiyinizdə, sözlərə qanad verərəkdən. Ona məktublar yazın. Ona ürəyinizi boşaldın. Yağışdan sonra torpağın qoxusunu ciyərlərinizə çəkib, o qoxuda Onu tapmağa çalışın. Otların üstündəki şehdə onu görün. Dostlarınızın gözlərində, dilənçinin bəzən düşmənlərinizin sözlərində Tanrını yaşamağı öyrənin.Siz Onu necə tanıyırsınız?
No comments:
Post a Comment