Friday, August 28, 2009

kilisə və məscidin bəzi fərqləri barədə

Kilisə və məscid biri-birindən istər bir konsept kimi, istərsə də fəalyyət baxımından fərqlənir. Bəzilərini burda əlüstü qeyd edək – daha uzun yazıları hazırlayana qədərJ...
Məscid sadəcə ibadət üçün insanların toplaşdığı məkandı. Məscid binadı, yerdi, və ya müvəqqəti seçilən ortamdı. Məsciddə toplaşanlar isə ümmətin bir parçası olar hər halda. Kilisə həm binadı, həm binada toplaşan insanlardı. Binada toplaşan insanlar olaradan kilisə İsa Məsihin bədənidi.


Məsciddə daxili struktur bir qayda olaraq yoxdu. Məscidə gələrlər namaz qılarlar və çıxıb gedərlər. Kilisə də isə diyakonlar və presbiterlər olur. Buna ağsaqqallar və xidmətçilər də deyə bilərsiniz (dilimizə tərcüməsini bilmirəm). Onlar kilisə üzvləri arasından seçilir və kilisədəki icmanın işlərini və s. həll edirlər. Məscidlər arasında iyerarxiya yoxdu. Məsələn, Bakıda baş məscid olsun və bu məşcidin axundu deyək ki, Qazaxdakı rayon məscidinin imamına bir əmr versin və s....heç rast gəlməmişəm. Bildiyimə görə, İslamda məscidlər və bu məscidlərin imamları arasında iyerarxiya münasibəti tarixən olmayıb. Xristianlıqda isə vəziyyət başqadı. Burda hər zaman iyerarxiya elementi olub, bunun da ən bariz nümunəsi Katoliklərdədi. Kardinal, bişop və s. və ia Roma Papasına tabedi. Bu mənada kilisələr arasında yuxarıdan aşağıya tabeçilik elementi olan münasibətlər olub, var ancaq hər yer yerdə, hər zaman və hər şəkildə deyil. Məscidlər maliyyə mərkəzi olan, pul kütləsinin davamlı olaraq toplanıb, paylaşıldığı məkan deyil, və ya başqa cür desək, məscidin maliyyə fəaliyəti zəifdi (kasıblığınla görə deyil, quruluşu başqadı). Kilisələrdə isə əksinə, hər bazar pul toplanar və ya toplanması lazımdı. Bunlar kilisə üzvlərinin kilisəyə/icmaya verdiyi hədiyyələrdir. Bu hədiyyələr kilisənin daxili işlərinin həllinə və kilisədən kənar fərqli fəaliyyətlərə həsr edilir. Kilisələrin biri-biri üçün pul toplaması, göndərməsi və s. və ia tarixən müşahidə edilən özəlliklərdən olub.
Bu cür fərqli özəlliklərin sayını uzatmaq olar. Ancaq bunlar məncə belə bir nəticəyə gəlməyə əsas verir ki, kilisə isə məscid arasında bir qavram olaraq müəyyən dərin fərqlər var
.

No comments:

Post a Comment

gündəlikdə axtarış