Friday, August 28, 2009

Məsihi ibadətinin quruluşu

Dünyanın bir çox dinlərində olduğu kimi Məsihililkdə də İlahiyə həmd, şükranlıq anladan, duaları içərən bir praktika var. Bunu öncədən açıqlayaq: söhbət içtimai, kollektiv, tarixi təcrübəyə və müvafiq dinin teologiyasına dayanan institutlaşdırılmış təcrübədən gedir. Məsciddə hər cümə toplaşıb namaz qılmaq və bazar günləri kilisəyə gedib orda bir dindardan gözlənilən fəaliyyətə qatılmaq bu mənada ibadətdi. Bu cür ibadətdə inanclı insanlar dini kitablarının qayda və prinsiplərinə, dinin ənənə və şərhlərinə, dini təşkilat və institutların öyrətisinə əsasən bir araya gəlir, dua edir, Allaha şükranlıqlarını, şikayətlərini bir qrup olaraqdan içtimai (public) şəkildə anladırlar.
Belə ibadəti ifadə etmək üçün kilisə təcrübəsində işlədilən sözü “liturgiya”dı. Liturgiya geniş mənada kilisənin ibadətə yönəlik istənilən fəaliyyətini, dar mənada isə ayrı-ayrı ibadət formalarını (məs. kilisə bayramları üçün özəl ibadət şəkli istifadə edilər, adi günlə üçünsə başqa bir liturgiya işlədilər) anladır.


Xristianlıqda ibadət şəkli belə demək mümkünsə bir daxili yumşaqlığa malikdi, yəni onun zamandan, məkandan, ibadətə qatılan qrupdan və s. asılı olaraq elementləri dəyişidirilə, gəlişdirilə bilər. Məsihi ibadətin ən qədim və həm də ən sərt, az dəyişən formaları, Katolisizmdə, Pravoslavlıqda, ən yumşaq formaları isə Protestantlıqda görülür. Yəqin buna görədir ki, bütün Protestant kilisələrdə liturgiya biri-birindən az-çox fərqlənir, ancaq bütün Katolik və Pravoslavlıq kilisələrində ümumilik daha çox gözə çarpır. Bunun isə həm tarixi-teoloji, həm də siyasi-içtimai və s. səbəbləri var.
Ancaq bütün bu fərqlərə və tarixi gəlişmələrə baxmayaraq az-çox Məsihi kimliyini dəyərləndirən kilisələrdə Xristian liturgiyasının həm tarixən, həm quruluşca, həm də teoloji yöndən universal dörd ana elementi vardır. Həmin bu elementlər aşağıdakılardı:
1) Toplanış. Bu, kilisəyə inancılaların toplanmasını, ibadətə hazırlanmasını və çağrılmasını anladır. Toplanışda Bibliyadan insanları ibadətə çağıran parçalar oxuna bilər, insanların biri-birini İsa Məsih adına salamlaması baş verər və s.
2) Bəyan. Bu mərhələdə, Müqəddəs Kitabdan müəyyən parçalar oxunar və ya bəyan edilər. Mən bilərəkdən bu mərhələni oxunuş adlandırmıram, çünki bəyan sözünün arxasında bir ideya dayanır. Həmin ideya da bundan ibarətdir ki, məsihilər kilisə və inanc kontekstində Bibliyanı oxuyaraqdan dolayı ya düzünə bu oxunuşa səbəb verən hadisəni və onun inanclılar üçün nəticələrini bəyan edərlər: İsa Məsih ölüb, dilirib və onun öyrətisi, başından keçən hadisələr vasitəsilə Allah Öz səltəninin ana prinsipi olan universal bağışlamanı bəyan edib. Bibliyanı oxumaq və ya şifahi şəkildə bibləvi parçanı qiraət etmək bunun bəyanıdı.
3) Gizləntilərin qəbulu. Gizlənti sözünün nəyi anlatdığını bilmək istəsəniz əski postlara nəzər salın. Bu mərhələdə bir qayda olaraq şükran çörəkkəsməsi ayini yerinə yetirilər və ya yeni inanclılar vəftiz edilər. Bəzi kilisələrdə gizləntilər hər bazar, bəzilərində isə ayda bir dəfə qəbul edilər.

4) Göndəriş. Bu mərhələdə ibadətə yekun vurular və inanclılar kilisəni tərk edərlər.
Məsih inancında ibadətin daha bir özəlliyi də musiqi və mahnıların geniş istifadə edilməsidi.

No comments:

Post a Comment

gündəlikdə axtarış