Biri var idi, biri yox idi.
Bu var olan bir bir gün yox olan birlə görüşüb söhbətləşmək istədi. Var olan bir çox yol getdi, dərə-təpə düz getdi, dəniz-çay əyri getdi, getdiyi hər yerdə birinin var olduğunu, birinin də yox olduğunu hiss etdi, böyüdü yetişdi, axırda gəlib yox olan birin yox olduğu yerə çatdı. Baxdı ki, yox olan bir yoxdu. Daha doğrusu o biri yox olub. Onda var olan bir başa düşdü ki, o özü elə var olub. Yox olan heç var olmayıb, o elə hər zaman yox olub. Var olan bir, yox olan birin yoxluğuna oturub ağladı. Sonra anladı ki, yox olan bir yox olmasa, o, var olan Bir olmaz. Daha doğrusu, biri yox olmasa, biri var olmaz. Var olan bir birliyini yox olan birinə borclu olduğunu dərk etdi. Hıçqırıqlarını kəsdi və qalxıb yoluna davam etdi.
Biri var idi, biri yox idi...
No comments:
Post a Comment