Müqəddəs Kitabda rast gəlinən maraqlı və uzaqdan – uzağa cinsəlliyə işarə edən daha bir metafor ürək sünnətidi (Qanunun Təkrarı 10:16, Kolossalılara 2:11, Romalılara 2:28-29 vs.). Kişilərin sünnət edilməsi Musəvilikdə çox önəmli ayin olsa da, ara-sıra Əhdi-Ətiqdə cismin deyil, ürəyin sünnət olunması vurğulanır. Yəqin bu sünnət ənənəsinin yəhudilərdə olduğunu anlatmaq üçün kifayət edər.
Sünnətin musəvilikdə nə anlama gəlməsi bir az qəlizdi, ancaq Bibliyaya görə bu İbrahim peyğəmbərlə başlayır və İlahi ilə İbranilər arasındakı əhdin simvolu, möhürü idi. Sünnət Əhdin bir parçası kimi Tanrının verdiyi şəriətə riayət etməyi də içinə alırdı. Zaman keçdikcə, İlahinin Əhdi üçün zahiri deyil, daxili dəyişikliyin, daxilən İlahi öyrətisinə riayət etmək üçün arzu və iradənin olması vurğulanır. Bununla belə, Musəvilikdə zahiri sünnət qalır və ona bu günə qədər də riayət edirlər.
Xristianlıqda vəziyyət dəyişir. İsəviliyə görə, zahiri sünnət ümumiyyətlə önəmli deyil, çünki bunun Əhdi-Ətiqdəki şəriətə münasibətdə arzuolunmaz nəticələri olur və zahirən sünnətlənib, daxilən onun anlamına uyğun yaşamamaq İlahidən bizi uzaqlaşdırır. Önəmli olan ürəyin sünnətidir. Ürəyin sünnəti üçün isə zahiri sünnətə ehtiyac yoxdu. Ürəyin sünnəti Məsihilikdə bir sıra şeylərlə yanaşı Məsihin öyrətilərinə uyğun yaşamaq, İlahini sevmək və bu öyrətiləri canımıza hopdurmağı bildirir.
No comments:
Post a Comment