Sunday, August 30, 2009

sevgi inancın və anlamlı yaşamın şərti kimi

Həvari Paulosun Korinflilərər yazdığı birinci məktubundan balaca bir parça. Bu parçada əziz həvari İlahinin insanlara verdiyi ən böyük hədiyyədən bəhs edir. Bundan bəhs etməsinin səbəbi də Korinf kilisəsində baş verənlərdir. Həvarinin öyrətdiyinə görə, səmimi və bar verən inancın məhəbbətlə qırılmaz əlaqəsi var. Tanrı bilgisi Tanrı sevgisinə, Tanrı sevgisi də Tanrı bilgisinə və güvəncinə bağlıdı. Ancaq Allah sevgisi Allahı sevib başqalarına yuxarıdan aşağı baxmağa və özünü Allahı sevdiyindən dolayı başqalarından üstün görməyə, onlara aqressiv davranmağa əsas verməz.
Mətnin tərcüməsi mənim deyil, azerincil.net saytından götürmüşəm, odur ki, necəliyi haqqında heç nə deyə bilmərəm. Hər halda mənası az-çox bəllidir.


"...1. ƏGƏR mən, insan və mələk dilləri ilə danışıram, lakin məhəbbətə malik deyiləmsə deməli mən cingildəyən mis və ya səslənən sincəm. 2. Əgər peyğəmbərlik ən'amım varsa və bütün sirrləri bilirəmsə, hər cür biliyə və dağları yerindən tərpədəcək dərəcədə tam imana malikəmsə, amma məhəbbətim yoxsa, mən heçəm. 3. Və əgər bütün varımı paylayıb yoxsulları doyduraramsa və bədənimi yandırılmağa təslim edərəmsə, lakin məhəbbətim yoxsa, bunun mənə heç bir xeyri yoxdur. 4. Məhəbbət səbirli, xeyirxahdır. Məhəbbət paxıllıq etməz. Məhəbbət lovğalanmaz, qürrələnməz, 5. Kobud davranmaz, öz mənfəətini axtarmaz, hirslənməz, ona edilən pisliklərin hesabını tutmaz, 6. Haqsızlığa sevinməz, həqiqətə isə şadlanar; 7. Hər şeyə qatlaşar, hər şeyə inanar, hər şeyə ümid bəsləyər, hər şeyə tab gətirər. 8. Peyğəmbərlik ləğv olsa da, dillər sussa da, bilik aradan qalxsa da, məhəbbət əsla tükənməz. 9. Çünki biliyimiz məhdud, peyğəmbərliyimiz də məhduddur. 10. Kamil olan gəldiyi zaman, nisbi olan aradan qalxacaq. ..."

No comments:

Post a Comment

gündəlikdə axtarış