Sunday, August 30, 2009

Qutsal naz-qəmzə

Müqəddəs Kitabda özünün sadəliyi, belə demək mümkünsə, düzünəqulu xarakteri ilə seçilən, ancaq həm də görən gözlər və duyan könüllər üçün zövqdən məhrum olmayan deyimlər, şeirlər var. Bunların arasında “Nəğmələr nəğməsi” və ya “Süleymanın Nəğməsi” xüsusilə tanınır. Bu kitabda iki gəncin eşqindən bəhs edir. Aşağıda verdiyim parça bunlardan biridir. Oxuyun və düşünün görək, bunun insanla, Allahla və bir İsəvi üçün İsa Məsihlə, kilisəylə necə əlaqəsi ola bilər? Yeri gəlmişkən, bu yalnız bir oxuma mövqeyidir. Müqəddəs Kitabı əlbəttə başqa mövqedən də oxumaq olar və oxuyublar da. Parça azerincil.net veb-səhifəsindən alınıb.

6. Nə qəşəngsən, nə şirinsən, Ey məlahətli sevgilim. 7. Qamətin xurma ağacına, Döşlərin salxımlara bənzəyir.
8. Dedim: «Qoy xurma ağacına çıxım, Meyvəli budaqlarından yapışım». Döşlərindən üzüm salxımları kimi dadım, Nəfəsindən alma ətrini duyum.
9. Dodaqların gözəl şərab dadı verir. Bu şərab birbaşa sevgilim üçün tökülsün, Biz yatanların dodaqlarına süzülsün.
10. Mən sevgiliminəm, İntizar çəkdiyi mənəm.
11. Sevgilim, gəl çölə gedək, Kəndlərdə gecələyək.
12. Səhər tezdən üzüm bağlarına gedək, Üzüm tumurcuqlanıbmı, pöhrə veribmi? Narlar çiçəklənibmi? Bunu seyr edək. Qoy orada sevgimi sənə verim.
(Süleymanın Nəğməsi 7:6-12).

No comments:

Post a Comment

gündəlikdə axtarış