Yəqin deyəcəksiniz ki, bilirik heyvanlar da öpüşür və ya biri-birilərini imsiləyirlər. Bəlkə bəzi heyvanlarda görmüsünüz. Yox, lütfən, postu oxumamış yanlış fikir təndirinə düşməyin. O təndirə düşməyə hələ çox vaxtınız olacaq.
Əhdi – Ətiqə görə tam anlamasaq da, gerçəkliyini inkar edə bilmədiyimiz şeylər də öpüşür, məsələn əmin-amanlıq. Kimlə öpüşə bilər əmin-amanlıq? 85-ci Məzmurda bu belə açıqlanır: “Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq, Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək” (Məzmurlar 85:10). Göründüyü kimi, məhəbbət elə özü kimi anlayışlar toruna düşməyən həqiqətlə qovuşurmuş, salehlik isə əmin-amanlıqla öpüşürmüş. Yox, ağlınıza orgiya – filan gəlməsin! Əmin-amanlıq, həqiqət, salehlik, məhəbbət bunlar bir az mücərrədliyə malikdi. Ancaq Qutsal Kitab bunları da öpüşdürür. Öpüş bir çox hallarda müəyyən yaxınlığı ifadə edir. Yəqin məzmurun söyləmək istədiklərindən biri məhəbbətlə həqiqət, salehliklə əmin-amanlıq arasında qırılmaz daxili əlaqənin olmasıdı. Görən belə mücərrəd şeylər öpüşəndə necə olur? Bu nəyi bildirir? Bunu necə təsəvvür etmək olar?
No comments:
Post a Comment