Sunday, August 30, 2009

Xəyanət - 6

Bibliyada seks həm də başqa yöndən (qarışıq – mənfi) bir bənzətmə kimi işlədilir. Buna misal olaraq xəyanəti göstərmək olar. Haşiyə çıxaraq qeyd edim, Əhdi – Ətiqdə İlahi ilə ibranilər, daha doğrusu qədim yəhudilər arasındakı münasibətləri anlatmaq üçün işlədilən bənzətmələrdən biri məsələn, Allahın İsrailin atası olmasıdı. Nadirən də olsa İlahi İbranlərin anası kimi təsvir edilir.

Ancaq bir sıra bənzətmələrdə dolayısı ilə İsrailin Allaha xəyanət etməsindən bəhs edilir və kontekstə görə, söhbət arvadın ərinə xəyanəti kimi bir üzdöndərmədən gedir. Başqa sözlə deyilsə, İsrail qadın, İlahi ər kimi verilir (Huşə 1:1-3, 3:1-4 və s.). Belədə seks deyil, sekslə ilişkisi olan başqa bir münasibət (xəyanət -əxlaqsız seksin bir şəkli) bənzətmənin kökündə durur. Lakin xəyanət ancaq o zaman xəyanət olur ki, o iki şəxsin arasında bu haldan öncə mövcud müəyyən səciyyəli cinsəl bağın, yaxınlığın pozulmasını içərir. Belə bir yaxınlıq yoxdusa, onda həmin cinsəl bağdan kənara çıxan seksi davranış xəyanət kimi görülməz. Sözügedən bənzətmədə İsraillilərin bütpərəstliyə yuvarlanması ər-arvad arasındakı xəyanəttəki göstərilir.

6 comments:

  1. maraglidir niye Ilahi kishi cinsindendir. Onu tesvir etmek uchun ishlenilen evezlikler kishi evezlikleridir ( gender-based dillerde, meselen ingilis, rus ve s. )

    ve niye hemishe gadin xeyanete meyilli olan varlig kimi tesvir edilir?

    niye?

    a.j.

    ReplyDelete
  2. Salam A.J.

    İlahinin kişi cinsli evezliklerle tesvir edilməsi daha qedim donemlerdeki içtimai sferanin əsasən kişilər tərəfindən yönəldilməsi ilə bağlıdı. Tanrının cinsi yoxdu və bütün Semitik mənşəli dinlərdə belə qəbul olunur. Bununla yanaşı, qadının sosial həyatda indikinə nisbətən marginal olması və s. səbəblərə görə bir qayda olaraq kişi cinsli əvəzliklərlə təsvir edilib Tanrı.
    Çağdaş dönəmdə feminist teologiya bu yanaşmanın əksinə olaraq Tanrıya münasibətdə qadın cinsli əvəzlikləri də istifadə edir.
    Qadının HƏMİŞƏ xəyanətə meylli təsvir olunması ilə tam razılaşmıram. Qadın DAHA ÇOX xəyanətə meylli təsvir olunub bu doğrudu, yəqin ki, əski dönəmlərdəki stereotiplərə görə. Müqəddəs Kitablar göydən düşməyiblər, onlar öz dönəmlərindəki insanların fikirlərini də əks etdirirlər: yaxşısı, pisi, müsbəti, mənfisi ilə birlikdə. Bununla belə, istər qadının, istərsə də kişinin müsbət yönlərinə də diqqət yetirilir bu kitablarda.
    Bundan başqa unutmayaq ki, dini kitablar qadının xəyanətə meylli olmasını və ya kişinin şəraba və s. meylli olmasını bu və ya digər cinsin özəl yalnız ona aid xüsusiyyəti kimi deyil, insanın günahkar təbiətinin təzahürü kimi təsvir edirlər. Bu qədər cavablandıra bilərəm. Ümid edirəm ki, bu yardım edər.

    ReplyDelete
  3. teshekkurler. indi aydin olur bu mesele mene. sadece yene chatmayan bir shey varsa - o da niye peygemberlerin kishi cinsinden olmalaridir. ok, ictimai sfera ve s. faktorlar.. amma bu faktorlarla bu meseleni limit etmek mene chatmir. belke de chatmasini istemirem. feminist ruhu bash galdirdigi uchun :)

    a.j.

    ReplyDelete
  4. Düzdür, peyğəmbərlərin böyük əksəriyyəti kişi cinsindən olub. Bununla belə, az da olsa qadın cinsindən peyğəmbərlərin xatırlandığına rast gəlinir. Əlüstü xatırladıqlarımdan bunları deyə bilərəm. Əgər söhbət Əhdi-Cədiddən gedirsə, Anna adlı peyğəmbərin adı keçir - bu hemin Annadir ki, məbəddə İsa Məsih haqqında peyğəmbərlik edir. Söhbət Əhdi Ətiqdən gedirsə, Debora adlı qadın peyğəmbərin adını xatırlayıram. Debora həm peyğəmbər, həm yönədici, həm də döyüşçü idi.
    "Həvarilərin əməlləri" kitabı müjdəçi Filippin qızlarının peyğəmbərlik etdiyini xatırladır.

    Peyğəmbərlər arasında qadınlarla, kişilərin eyni paya malik olmamasının səbəblərini bilmirəm. Bunu izah etməyə çalışaram, ancaq qısa bir şərhlik məsələ deyil bu və araşdırmaq lazımdı.
    İki ümumi ekstrim cavab verilə bilər (mümkün mötədil cavabları çıxsaq): Tanrının iradəsinə istinadən söyləmək olar ki, biz insanlar bəzi şeyləri izah etsək də tam bilmirik və kişilərdən daha çox peyğəmbər çıxması İlahinin bizə bəlli olmayan iradəsinə bağlıdı. İkinci ekstrim cavab sekulyar mövqedən belə ola bilər: qadınlardan az peyğəmbər çıxması dini inancın sadəcə insan quraması olduğunu və öz dövrünün xurafatından başqa heç nəyi əks etdirmədiyini göstərir - yəni burda allahlıq heç nə yoxdu, insanların yazdığı kitabdı və öz dövrünün stereotipləridi.
    Dərinə getsəniz, daha fərqli variantlar da var. Seçim sizə qalır.
    Feminist ruhu pis deyil - bəlkə sizə daha çox kömək edə bilər.

    ReplyDelete
  5. dolgun cavaba gore chox sagolun.
    ok, o zaman, feministic approach - kishilerin asude vaxtlari daha chox oldugu uchun, neticede peygemberlik ede bilirdiler.

    ReplyDelete
  6. Ola bilsin...
    Siz deyəsən Azərbaycanın ilk feminist teoloqu olacaqsınız:))). Uğurlar... .

    ReplyDelete

gündəlikdə axtarış