İnsanlığın sonu nə zaman gələcək? Yox, dünyanın sonu gəldiyi zaman, göydən daş yağmayacaq, günəş qərbdən çıxmayaq.
Dünyanın sonu insanların özlərini bazara çıxarılası mal kimi kütləvi istehsal etməsilə başlayacaq. Bu gün insan, insan doğur. İnsandan, insan yaranır. Bir zaman gələcək, insandan doğulan insan prestij, yüksək əsil-nəcabət əlaməti olacaq. Yerdə qalanlar zavodlarda-fabriklərdə və s. yerlərdə işlədilmək üçün insan yetişdirən inkubatorlarda, laboratoriyarlarda istehsal olunacaqlar. Onların bəzilərini qəssablıqmış kimi şaqqalayıb gələcəyin tibb müəssisələrinə göndərəcəklər. Göz almaq istəyən istəyən üçün göz, ayaq istəyən üçün ayaq və s. Zəngin insanlar əbədi yaşamaq üçün öz klonlarını hazırlatdıracaqlar. Böyrəyin yaxşı işləmir? Canın sağ olsun, sizin klonunuz artıq hazırlanıb, onu bıçağın altına yıxıb, böyrəyini, ürəyini, beynini çıxarıb sizə yerləşdirəcəklər. Hər nə də olsa, axı o sizin kopyanızdır. İnsanlıq, vicdan?.... yox, nə danışırsınız!? Onun da yolunu tapacaqlar. Klonların genlərini manipulyasiya edəcəklər. Onlar sizin kimi atalı-analı, dilli-dilavər olmayacaqlar ki. Onların ağrı hisslərini, dillərini, düşüncələrini əllərindən alacaqlar. Onlar mal olacaq insan deyil. Necə deyərlər, təmiz material. Xalis əmtəə, xammal. Kəs, şaqqala, klonun sahibinə yerləşdir və qoy klonun sahibi beş yüz bəlkə də daha çox illər boyu yaşasın. Bunun üçün ən “ülvi” motivlər də var. İnsanları sağalatmaq üçün, ağır xəstələri ayağa qaldırmaq üçün, bir sözlə, hamının rifahına nail olmaq üçün. İnsan övladı, əbədi həyatı əldə etmək üçün özünü öldürməlidi. Yoxsa, daha başqa hansı şəkildə əbədi yaşamaq olar?
No comments:
Post a Comment