Sunday, August 30, 2009

tanrıcıl gülməcələr

Lətifə daha doğrusu, gülməcə həyatımızın fərqli yönlərinə işıq tutar. İnanca və dini qavramlara da işıq tutan gülməcələr var. Bunlardan birini televizorda uzun illər bundan öncə eşitmişdim. Yazım, bəlkə sizə də gülməli gəldi: deyilənlərə görə Molla Nəsrəddin gəmiylə harasa gedirmiş. Qəfildən dənizdə tufan qopur. Molla qorxusundan ağlamağa başlayır. Mollaya deyirlər: Molla qorxma, Allah böyükdür. Molla cavab verir: Allahın böyük olduğunu bilirəm, ancaq bu gəmi kiçikdir.

Mollaya nə cavab verərdiniz? Mən bəzi variantları yazım siz də düşünün:
1. Düz deyirsən, gəmi indi batacaq, Allahın böyüklüyünün buna nə dəxli.
2. Allaha inan, batsan, Allahın böyüklüyü səni cənnətə aparacaq.
3. Kül başına molla, sən bu qədər dərin fəlsəfədən xəbərsizsən.

4. Sizin cavab (__________________)

No comments:

Post a Comment

gündəlikdə axtarış