Günümüzün maraqlı mövzusu Anqlikanlardır. Əgər bu sözü ilk dəfə eşirdirsinizsə, o zaman izninizlə nə olduğunu açıqlayım. Anqlikanlıq və ya anqlikanizm Protestantlıqla Katoliklik arasında orta mövqedə duran bir Xristian dini cərəyanıdır. Başqa sözlə deyilsə, Məsihin parçalanmış bədənindəki parçalardan birisi anqlikanizmdir. Adından yəqin anladınız, bu cərəyanın birbaşa İngiltərəyə dəxli var. Həmin ölkədə yaranıb və başqa ölkələrə yayılıb.
İndi keçək sözümüzün canına.
Həmin bu Anqlikanların (dünyanın ən çoxsaylı xristian dini cərəyanlarından biri) bölünmək və daha da xırdalanmaq, parçalanmaq təhlükəsi var. Buna səbəb isə maraqlı bir məsələdir. Son illərdə Anqlikanların çox müzakirə etdiyi məsələlərdən biri cinsi azlıq nümayəndələrinin kilisədə xidmətə buraxılıb-buraxılmamasıdır. Bu məsələyə ilişkin Anqlikanlar iki böyük qrupa bölünüblər: mühafizəkarlar – bu qrup cinsi azlıqların kilisə xidmətinə buraxılmasına qarşıdır və onların əsas arqumenti budur ki, Bibliya bunun əleyhinədir. İkinci qrup liberallardır. Onların düşüncəsinə görə cinsi azlıqların kilisədə xidməti problem törətməməlidir və onlar bəzi şərtlərlə xidmətə buraxıla bilər, çünki Bibliyanın dövrümüzə uyğunlaşdırılması bunu tələb edir (başqa arqumentləri də var). Liberallarla, mühafizəkarların bu haqq-hesabda ortaq mövqeyə vara bilməməsi onların bölünməsinə əsas səbəb kimi göstərilir. Cinsi azlıqların kilisədə xidməti haqq-hesabı, gəlişmiş dünya ölkələrindən bəzilərində xristianlığın problemləri arasında yer alır. Buraya daha başqa ziddiyyətli məsələlər kimi, abort, dinin məktəblərdə tədrisi və s. haqq-hesablar da aiddir.
Cinsi azlıqların kilisədə xidməti və s. bu kimi digər dartışmalar çağdaş dövrdə din və cəmiyyət arasındakı münasibətlərin bir parçasıdır. Cəmiyyətin gedərək müxtəlifləşməsi, kompleks sistemlərin sayının artması və ardıcıl həyatın fərqli sahələrinə tətbiqi bu cür problemləri aktuallaşdırır.
No comments:
Post a Comment