Ortodoks Kilisəsinə gəlincə, öncə termin barədə. Islamda ortodoks deyildikdə Sünnilik və belə demək mümkünsə dinin ana qolu, az-çox haqlı olan qolu başa düşülür. Xristianlıqda belə deyil. Ortodoks sözü bir çox qərb dillərində bizim Pravoslav dediyimiz qolu və buna bənzər kilisələri ifadə edir. Bu sözün özəl olaraq, ana qol, standart qol kimi məna çaları yoxdur. Ortodoks kilisənin ənənəvi mərkəzləri Rusiya, Yunanıstan və Efiopiyadır. Yaxın və Orta Şərqdəki kilisələrin də əksəriyyəti Ortodoks qoluna aiddir. Ortodoks kilisələr iyerarxik quruluşa malikdir.
Göründüyü kimi, onların ayrılması mürəkkəb səbəb və proseslərin nəticəsidir. Hər bir qolun bəlli özəllikləri var. Bu özəlliklər də ölkədən, məkandan, qrupdan asılı olaraq dəyişir, ancaq burda biz ən ümumi və bir qayda olaraq hər ölkədə müşahidəsi mümkün özəlliklərdən yazmağa calışdıq və çalışacağıq.
Roman Katolik qolu özünün konservativliyi, güclü daxili vəhdətə və sistem kimi çox gəlişdirilmiş doktrin/təlimləri ilə seçilir. Bu qolda vəhdət/birlik, mərkəzləşdirmə çox önəmlidir və indiyə qədər də Roman Katolik kilisəsi öz doktrinlərini/ibadət qaydalarını və s. yuxarıdan aşağıya bir iyerarxiya vasitəsilə müəyyən edir. Lakin bu cür yanaşmanın özünə görə də çətinlikləri var. Məsələn, cəmiyyətdəki dəyişikliklərə ən ağır, yavaş reaksiya verən, daxili kahin – sıradan insan qarşıdurmasının ən çox müşahidə olunduğu, bir sistem də məhz bu qolda görülür. Roma Papası bu qolun rəsmən mənəvi bişopu-başçısı hesab olunur.
Roman Katolik kilisəsindən fərqli olaraq Protestantlıq nisbətən az konservativliyi, cəmiyyətə və ətraf dəyişikliyə daha çevik reaksiya verməsi, çox zəngin və müxtəlif təlim və fəlsəfi sistemlərinin olması, ibadətdə ikona və s. bu kimi elementləri rədd etməsi, İsa Məsihlə insan arasında vasitəçi qəbul etməməsi ilə tanınır. Protestantlığın zəifliyi onun bütün digər qollara nisbətən daxildən daha çox parçalanması, vahid bir mərkəzin yoxluğundan dolayı, ana prinsiplərini çıxmaqla teoloji ideya və konseptlərdə vəhdətin olmaması, tarixi kilisə adət və ənənələri ilə zəif əlaqələnmədir.
İsəviliyin ortodoks qolu özünün tarixi ənənə və adətlərə bağlılığı, onların qorunması və daha ciddi səylə nəsildən-nəsilə ötürülməsi, teologiyanın daha az dəyişikliyə məruz qalması və mistikaya meylliliyi ilə fərqlənir. Latın kilisə ənənəsində teologiya daha leqalistik yönlüdür.
Lakin bu fərqlərlə yanaşı onları birləşdirən elementlər də var. Bloqda tərcüməsini verdiyimiz Nikea İmannmaəsi, Bibliyanın vəhyin mənbəyi kimi görülməsi, İsa Məsihin inancda və insanların qurtuluşunda müstəsra rolunu qəbul etmək və s. bunların bir parçasıdır.
Məncə bunlar Məsihiliyin ana qollarının fərqli müsbət və mənfi özəlliklərinin olduğunu anlamağa yetərlidir.
No comments:
Post a Comment