Friday, August 28, 2009

İsa Məsihin doğuluşu

Bu günlərdə dünyanın dörd bir yanında məsihilər İsa Məsihin doğum gününün qeyd olunmasına hazılaşırlar. Onun dünyaya gəldiyi ayda (və ya dünyaya gəldiyi güman edilən zaman kəsimində) liturgiya (qısacası: ibadət – və ya ümumbəşəri kilisənin içtimai ibadəti də içərən dini fəaliyyəti) bu səbəbdən dolayı bir qədər fərqli olur. İstər Katolik, istərsə də Ortodoks-Pravoslav və Protestantların qeyd etdiyi Məsihin olumu (doğuluşu və ya ilkin gəlişi) bayramı fərqli ənənələrdə müxtəlif şəkillərdə qeyd edilir. Məsələn, Katoliklərdə bayram ayının hər həftəsi üçün ibadət müxtəlif rənglərlə xarakterizə olunur.

Ortodoks kilisələrdə oruc tutarlar və başqa dini-ruhi fəaliyyətlərə daha çox diqqət ayırarlar. Prostestant kilisələrində vəəzlər bir qayda olaraq İsa Məsihin İncillərdə təsvir edilən doğuluşu hekayətinə həsr edilər. Bu doğuluş hekayəti və onun sonralar kilisə tərəfindən bayrama çevrilməsi gerçəyin əfsanəyə, ənənəyə və s. qarışdığı bir halı əks etdirir. Liturgiyada İsa Məsihin olumuna hərs olunmuş ilahilərə (himn, şeir də demək olar bəlkə) çox yer verilər. Aşağıda ortodoks kilisələrində istifadə olunan ilahilərdən birinin tərcüməsini vermişəm (ingiliscədən). Nəzərə alın ki, bu ilahilər dini ibadətdə istifadə etmək üçün yazılıb və onlar çağdaş şeirdən gözlənilən özəlliklərə malik olmaya bilər. Bu ilahilərin işlətdiyi simvollar, istinad etdiyi ideyalar İncillərə, İsəvi teologiyasına və ənənəsinə dayanır və ilk baxışda anlaşılmaz görünə bilər.

Sən bəşəriləşdin Məsih,
İbrahim övladıtək gəldin aramıza,
Surətini sağaldıb,
paslanmadan qurtarıb
Lütf üstünə lütf göstərmək üçün təşrif buyurdun.
Çünki Ata səni göndərdi,
Bircə oğlunu,
Bu dünyanı qurtuluşa götürmək üçün.


Diqqət etsəniz, bu ilahidəki sətrlər məsihilikdəki bir sıra ideyalara istinad verir. Surətini sağaltmaq cümləsi İsa Məsihin İlahinin mükəmməl surəti olmasına işarət edir. İnsan da İlahinin surəti olduğundan, ancaq gühana batıb yolunu azdığından ilahiyə görə Məsih bu surəti sağaltmaq üçün gəlir. Sən bəşəriləşdin cümləsi artıq bəhs etdiyimiz inkarnasiya (İlahinin bəşəriləşməsi və insaniləşməsi) hadisəsinə istinad edir.

No comments:

Post a Comment

gündəlikdə axtarış