Sunday, August 30, 2009

Trivia

Kilisə tarixinin məşhur şəxsləri haqqında yazılarda fərqli hekayətlər gəlib çatıb insanlara. Bu hekayətlərdən bəzilərinin tam gerçək olub-olmaması bilinməsə də, hər halda onların yaranması və şəxsi necə təsvir etməsi artıq təsvir edilən şəxslərin öz dövründə və sonrakı nəsillərdə necə qavranılması haqqında bir məlumat verir.

Belə hekayətlərdən biri məşhur reformator, Martin Lüter və onun dostu, həm də şagirdi olmuş Lüteranizmin önəmli teoloqlarından sayılan Melanxton haqqındadı.
Deyilənlərə görə, Lüter dini məsələlərdə bir az daha sərbəstmiş, Melanxton isə əksinə, çox ciddi və hər şeyə dəqiqliyə ilə riayət etməyi sevərmiş. Bir də türklər demiş aşırı mömin olduğuna görə günah işlətməkdən çox qorxarmış.
Bir dəfə necə olursa, Lüterlə Melanxton bir məsələ barədə mübahisə edirlər və Melanxtonun müsəlman qaydasınca desək, təqvası işi qəlizləşdirir. Axırda Lüter dözə bilmir və bağıraraq deyir: “Melanxton, Allah xətrinə, get günah işlə ki, Allahın da səni bağışlamağa bir şeyi olsun”.

No comments:

Post a Comment

gündəlikdə axtarış