Atacan!
Qəmi qəmxarına ver, ağlasın,
Dili dildarına ver, saxlasın,
Bağı bağbanına ver, o baxsın,
Mənə səni ver, səni!
Məsihim!
Eşqi ver aşiqinə; mənə nə?!
Hökmü ver hakiminə; mənə nə?!
Ağlı ver aqilinə; mənə nə?!
Mənə səni ver, səni!
Ruhum Mənim!
Sözçün oldum, Sözün dedim
Sənçün öldüm, “sənəm!” dedim,
İçini içdim, “Üçsən!” dedim,
Mənə səni ver, səni!
No comments:
Post a Comment