Salam Əzizlərim! Uzun müddət
yazmadıqdan sonra yenidən yazmağa başlamaq bir az çətin olur, ancaq haradansa
başlamaq lazımdır, elə deyilmi?
Bu həftə sonu kilisələr Pasxa
bayramını qeyd edəcəklər. Əgər qeyd edirsinizsə, bəri başdan hamınızın bayramı
mübarək deyirəm! Açığı, bayramı qeyd edəcək əhval-ruhiyyədə deyiləm. Həm kilisə
xidməti ilə bağlı gərginlik, həm gündəlik həyatdakı münaqişələr insanı tükətir.
Belə anlarda qutsal kitabdan ümidverici fikirləri oxumaq inanclıya ayağa qalxıb
yola davam etməyə, Məsihin söylədiyi kimi çarmıxını dalına alıb onun arxasınca
getməyə kömək edər. Səbrli olmaq və içindəki ortamda İlahinin sevəcəyi bir şəkildə
hərəkət etmək özü də məziyyətdir və Bibliya bu məziyyətə malik insanları
alqışlayır.