Dünyanın bir çox dinlərində, bir çox müqəddəs hesab olunan və ya
müqəddəs adına iddialı kitablarında hamımızın bildiyi və özümüzü
anladığımız yaşdan marağında olduğumuz bir insan özəlliyi fərqli
yönlərdən, fərqli məqsədlərlə və fərqli şəkillərdə işıqlandırılar.
Həmin bu nəsnənin adı seksdir. Və ya daha abırlı, üzünün suyu sel
kimi axan amma tökülüb bitməmiş görünmək istəyən varsa, cinsəl
həyat deyə bilər.
Görən niyə belə olub? Fərqli səbəblərə görə. Seks insan enerjisinin, emosiyalarının və insan yaxınlığının ən kəskin, ən çılpaq, ən düzünəqulu təzahürüdü deyə bilərəm. Seks toplumlarda ən çox qadağan olunan və ya əxlaqi-mənəvi, dini və s. qaydalarla ən çox nizamlanmasına cəhd edilən bir insan yönüdü, fəaliyyətidi, özəlliyidi. Seks bir çox dindarların ayağını qıran onları İlahidən uzaq salan və bir çox başqa inanclıların ayağına qüvvət verən, onları İlahiyə götürən yolda gücləndirən bir bədən-ruh gərginliyi, yumşalmasıdı. Dini kitabları yazanlar da seksin bu gücündən xəbərdar olublar. Odur ki, dini kitablarda seks haqqında və ya seksual motivli fərqli fikirlər, ideyalar var. Bundan sonrakı bir neçə postda Bibliyadakı belə özəlliklərin bəzilərinə göz gəzdirəcəyik. Ancaq çoxlarımıza əxlaqsız görünən və qutsal söyləşiyə yaraşdırmadığımız, bəzilərimizə basıb-boğduğumuz şəhvətli xəyalları canlandırmaq üçün icazə-fürsət kimi gələn, azımıza da İlahiyə yaxınlaşmaq üçün mistik - intim yol olan bu bənzətmələri, motivləri və s. gündəlikləməzdən öncə iki balaca qeydi söz xəritəsinə salaq. Qutsal söyləm seksdən fərqli kontekstdə və fərqli səviyyələrdə bəhs edir. Bunları iki qrupa bölmək olar: 1) İnsan-insan münasibətində seksual haqq-hesablar. Buraya sekslə bağlı qaydaları, qadağaları, ayrı-ayrı hekayələrdə keçən seksual elementləri, konkret insan seksi praktikası ilə əlaqədar hər şeyi qoyaq. 2) mahiyyətcə, və ya çoxluğa görə mahiyyətcə qeyri-seksi münasibətlərin ifadəsi üçün işlədilən seksual motivlər, bənzətmələr.
Məni ikinci qrup haqq-hesab maraqlandırır. Məhz bu qrupda
Tanrının gücü, təvazökarlığı və övladlarını özünə çağırmaq
üçün çıxdığı oyunlar insan varlığının yalançı əxlaq kirindən
yaranan senzuranı az-çox aşa bilir. Daha bir kiçik qeyd: bu
yazılarda məqsəd seksual motivlər barədə ətraflı bilgi vermək deyil,
sadəcə onların mövcudluğunu göstərməkdi. Dərinə getmək istəyənə
uğurlar. Gələn postdan başlayırıq. İzləyənlərə də uğurlar.
No comments:
Post a Comment