Dadaş Qaraqoyunlu Qızılbaş
İnanan Azərbaycan Türkləri arasında Şiə, Ələvi, Bahayi və Sünniliyi mənimsəyənlerin var olduğu az çox bilinsə də, Xiristiyan/Məsihi Azərbaycan Türklərin haqqında çoxu insanın bilgisi tətmin ediçi deyildir. Məsihi Türkler Iraq Türklərinin Kərkük'də yaşayan kiçik topluluğudurlar. Obir Türklərin "Qala Govuru" adlandırdıqları bu Xiristiyan/Məsihi Türklərin sayısı əvvəllər 30.000 nəfər ətrafında olsa da, bugün Kərkük'dakı cəmi sayılarının təqribən 5.000 nəfər olduğu guman edilir. Bunların Kərkük'də "Mar Yusuf" (Şatırlı Məhəlləsində) və "Qırmızı Kilisə" (İskan Məhəlləsində) adında iki də kilisəsi vardır. Aşağıda onların Mədrəşlərindən (=Saldlamaq) birini verirəm. Bu Mədrəşlər, Türk Məsihilerin ölüləri üçün kilisələrində uzun hava tərzində oxuduqları İlahilərdir.
Gənc Qızlar üçün Mədrəş
Ya Rəbbi-r Rəhman ki haqdır fərzin Əfv et ya Hənnan bu bakirə qızı!
Məcdəli* minbərdə ey göy sultanı Görək caariyəvi və mo'min cani
Aləmdən çıxdı xəyali məstur Qisməti qalxdı vermədi səbir
Sənden əmr çıxdı olundu dəstur Movla qəbul etdi məskəni qəbir
Gənclik ömründə olundu fərman Qalmasın zindanda bir müddət zaman
Hər vaxt hər gündə eylədi fiqan Rəbbim qarşıvda olmasın peşman!
Sara Xatun'a sən yoldaş eylə! Rifqə gəlinə sən bacılıq eylə!
Hanna Əlişuva'ya** sən gumandaş eylə! Şərif günündə suçun bagış eylə!
--------------------------------
*Məcdəli=Maqdalena **Əlişuva=Elizabet
No comments:
Post a Comment