Friday, August 28, 2009

Bilirsinizmi ki,...

1) Əksərimizin filosof kimi tanıdığı Kierkeqaard həm də inanclı bir Məsihi idi və onun neo-ortodoks deyilən məsihi teoloji cərəyanının ortaya çıxmasına təsiri var?
2) Dünyanın ən fundamentalist Xristian dini seminariyasının (ali dini təhsil verən mərkəz) rektoru miliyyətcə türk sonradan xristianlığı qəbul etmiş birisidi? (Dr. Ergun Caner, Dean of Liberty Baptist Theological Seminary and Graduate School). 3) Xristianlıqda üç Allahın olduğuna inanmaq (Triteizm), İsa Məsihin yalnız Allah olduğuna inanmaq və onu ifrat vurğulamaq, onu hər cür izahın mərkəzinə qoymaq (Xristomonizm), Müqəddəs Üçbiri rədd etmək (Dar unitarianism) inancı inkar və ya islam təbirincə desək küfr hesab olunur?

4) Bibliya dünyada ən çox fərqli dillərə tərcümə olunmuş bir kitabdı?
5) Müqəddəs Yazı İbranicə və ya yunanca yazılıb deyə, bu dillərin Allahın dili olduğunu düşünmək və bu dilləri hər hansı şəkildə ibadətin mərkəzinə qoymaq, məcburən bu dillərdə ibadət etmək yolverilməzdi?
6) Bəzi qədim yəhudi mənbələri İsa Məsihin əslində bir Roma əsgərinin qeyri-qanuni övladı olduğunu iddia edir?
7) Xristianlığın kəskin şəkildə parçalanmasına görə bəzi bilim adamları artıq Xristianlıq deyil, Xristianlıqlar sözünü işlədir və bunu doğru hesab edirlər?
8) Qarşıdakı yüzilliklərdə Məsihiliyin Qərbdə tamamən zəifləməsi, Şərqə doğru yayılması və Xristian çoxluğun artıq Qərbdə deyil, Şərqdə olması gözlənilir?
9) Hokus – pokus sözü latıncadakı Hoc est corpus meum (“Bu mənim bədənimdi”) sözlərinin təhrif olunmuş şəklidi və birbaşa Xristian ibadətinə aidiyyəti var? (Ənənəvi Roman-Latın ibadət sistemində bu sözlər Çörəkkəsmə ayinindəki bir anı xarakterizə edir və İncillərdən alınıb). 10) 10) İsəvilik Bizans İmperiyasında hakim dinə çevrilənə qədər təxminən 3-4 əsr təqib edilib və əsasən kasıbların, fəqirlərin dini hesab olunurmuş
?

No comments:

Post a Comment

gündəlikdə axtarış