Monday, August 24, 2009

Şərikli Söz

Yəqin xəbəriniz var, dünyanın müxtəlif ölkələrindən müsəlman din xadimləri, alimləri bir araya gələrəkdən Məsih inancının din adamlarına açıq məktub yazmışlar. Bu məktubun rəsmi saytı ilə onu imzalayanlarla tanış olun. Bizim Şeyxülislamın da imzası var orda. Məktubun adı hərfi tərcümədə “bizimlə sizin aranızdakı söz”dür və Bibliya ilə Quranın ortaq yönlərini vurğulayaraqdan yer kürəsində sülh-sabitlik, əmin-amanlıq üçün dünyanın bu iki ən böyük dini arasında barışın vacibliyindən bəhs edir. Müəlliflər Quran və Bibliyadan sitat gətirməklə göstərməyə çalışırlar ki, həm Məsihilikdə, həm də İslamda önəmli olan Allahı sevmək, qonşunu sevmək və Allahın təkliyidir.
Məncə bu məktub, əslində müsəlman və məsihilərin bir sözə şərik olmasından bəhs edir. O Söz ki, nə Qurana, nə də Bibliyaya sığacaq qədər bəsit deyil, ondan daha çoxdur, daha mürəkkəbdir, daha incədir və dahiyanə sadədir. Önəmli olan bu şərikli sözü qorumaqda, yaymaqda və gələcəyə ötürməkdə biri-birinin ayağını tapdalamamaqdır.
Məktubu oxumaq üçün keçidlər bölməsindən "...ortaq söz"-ə daxil olun

No comments:

Post a Comment

gündəlikdə axtarış