Wednesday, August 26, 2009

Sözün düzünü zarafatla deyərlər - 1

Laaa-laa-lall-lall-la
Dua etsəm nə ola,
Günəş çıxa, ay doğa,
Dünyamız işıq dola.
Laaa-laa-lall-lall-lay,
Bu nə hay-küy, nə olay,
Məsih gəlib ay haray!
İblis olub naqolay.
Laa – ilaha - illa – allah,
Isa Kəlimətullah,
Insan, çəkmə dərin ah,
Söz verib sənə İlah.


Deyirəm, hərdən bir zarafat eləmək lazımdır ki, çox ciddi və dinində ağını çıxardan müsəlman və xristianların qaş-qabağı açılsın və başa düşsünlər ki, hər ikisinin hər nə qədər söz ayırırsa, bir o qədər də Söz birləşdirir. Məsələn, mən Allahın və ya Tanrının, İlahinin tək olmasını qəbul edirəm. Yəni qəlbən inanıram və yazımla da şəhadət verirəm ki, yalnız bir Allah, Tanrı və son nəticədə bir ilah var və ondan başqa da Allah, Tanrı və son nəticədə başqa ilah yoxdur. Bunu heç bir isəvi inkar etmir. Hətta o dərəcədə Allahın təkliyi önəmlidir ki, onu qəbul etməmək Məsihilikdə dinin əsasını inkar deməkdir. Qurani-Kərim də hər nə qədər Müqəddəs Üçlüyü küfr kimi fitə bassa da, arada o da vurğulayır ki, həm məsihilərin, həm də müsəlmanların birləşdiyi bir neçə nöqtə var: onlardan da biri Allahın təkliyini hər ikisinin qəbul etməsidir. Yəni islamın müqəddəs kitabı belə, hər nə qədər məsihilərin inancı əleyhinə guruldasa da arada bir o da insafa gəlib deyir ki, isəvilərin də dinində Allahın təkliyi inanc səviyyəsində önəmlidir. Xristian inancından da önəmli parçalar İslamda öz əksini tapıb. Məncə, hər bir müsəlman razılaşar ki, Allahı sevmək və qonşunu sevmək İslamın ən azından ruhuna tərs düşmür. İslama görə düşmənə rəhm göstərməyin və onu bağışlamanın, düşməndən qisas almaqdan üstün olması məsələsində də məncə müsəlman qardaş və bacılar mənlə razılaşar. Yoxsa səhv edirəm?

No comments:

Post a Comment

gündəlikdə axtarış