Bu günkü yazımızda Məsihiliklə bağlı daha bir stereotip haqqında fikirlərimi yazacağam. Məsihiliklə bağlı ikinci stereotup Üçbirliyin və ya Müqəddəs Üçlüyün anlaşılması ilə bağlıdır. Öncə onu qeyd edək ki, burda baxılan stereotiplərin hamısı Quranla bağlıdır və bu və ya digər dərəcə Quranda xatırlanılır. Buna əyani sübut Məryəm ananın yəni İsa Məsihi dünyaya gətirən qadının Məsihilərin Allahlarından biri olması haqqında inancdır. İslama görə bu vəhydir, çünki bu Quranda belə yazılıb. Mən bunu stereotip kimi görürəm, çünki Məsihilərin özləri haqqında düşündüklərinə və inanclarına tərs düşür. Bu doğrudur ki, Məsihilər Müqəddəs Üçbirliyə sitayiş edirlər. Lakin bu doğru deyildir ki, həmin Müqəddəs Üçbirlik Məryəm ananı da öz içinə alır.
Bizim ibadət ediyimiz Tək olan Allah, Allah Ata, Oğul-Allah İsa Məsih ki, Allah ata ilə təbiətən əlaqəsi vardır, və Allah-Müqəddəs Ruh şəklində özünü bizə açıqlamışdır və bu şəkildə mövcuddur. Onun birliyi bir olmamağındadır və bir olmamağı da birliyindədir. Gördüyünüz kimi, bunların heç birində Məryəm Ana xatırlanmır. Məryəm Anaya nə Müdəqqəs Üçbirliyin üzvü kimi, nə də ayrılıqıda Allah olaraq kilisə tarixində sitayiş olunmadı. İndiyə qədər gəlmiş- keçmiş və kilisə tarixində yazılara keçmiş Məsihçilik sapmalarının arasında Məryəm Anaya Allah olaraq sitayiş edildiyini göstərən heç bir qrup olmamışdır. Məryəm Ananın ən çox bağlı olduğu kilisədaxili teoloji mübahisə Məryəm Anaya münasibətdə “teotokos” sözünün işlədilməsinin necə qiymətləndirilməsi olmuşdur. “Teotokos” hərfən qədim yunancada (koine yunancasında: bu dil klassik yunanca artıq cəmiyyətdə işlənmədiyi və gündəlik, ümumi istifadədən çıxdığı zamanlar əhali arasında ümumi dil kimi işlədilirdi. İncil bu dildə yazılıb, lakin bu dil müqəddəs olaraq görülmür) “Allahı bətnində daşıyan”, “Allaha doğuş verən deməkdir”. Bu söz də küfr olmasından, Allah cəza verər, asar-kəsər və s. fikrindən dolayı deyil, məhz İsa Məsihin təbiəti ilə bağlı kontekstdə problemə çevrilmişdir. Bitdi. Bundan başqa heç nə. Məryəm Anaya bir sıra Məsihçilik qollarında çox yer ayırlarlar, ona sayğı göstərilər, onun duaları Allah önündə sıravi bəndələri üçün daha keçərli olar deyə, onun vasitəsilə dua edərlər, lakin kimsə ona sitayiş etməz. Bu mənada Quranda məsihilərin Məryəm Anaya sitayişindən bəhs edilməsi gerçəyə uyğun deyil. Lakin məsələ burasındadır ki, Quran məhz öz perspektivindən hadisələrə baxır. İslama görə Məsihilikdə Məryəm Anaya göstərilən münasibət sadəcə Allaha göstərilməlidir və buna görə də bu sitayiş kimi qiymətləndirilir. Olsun. Qoy Quran onu belə qiymətləndirsin. Lakin bu təsvir məsih gerçəkliyinin incəliklərini nəzərə almadığından və məsələyə birtərəfli sadəcə müsəlman nöqteyi-nəzərindən yanaşdığından, və Məsih gerçəkliyinin sadəcə zahiri təzahür şəklinə görə ümumiləşdirilməsi olduğundan bir donuq stereotipdir.
Beləliklə, əziz insanlar biz Məryəm Anaya Allahdır deyə sitayiş etmirik. Lakin bizim ona dərin sayğımız var. Çünki istər Bibliyada, istərsə də elə Qurani-Kərimin özündə onun necə yaxşı, ürəyitəmiz qadın olmasına toxunulur. Hər halda belə olmasaydı, nə müsəlmanların, nə də Məsihilərin sayğı duyduğu, önəmli birisi olaraq gördükləri İsa Məsih onun bətnindən dünyaya göz açmazdı. Belə olmasaydı, Qurani-Kərimin özünün də dediyi kimi, Allahın Sözü olan İsa Məsih, yenə də elə Quranda deyildiyi kimi Müqəddəs Ruh vasitəsilə Məryəm Anaya müjdə verilməzdi və Müqəddəs Ruhdan gəlməzdi.
No comments:
Post a Comment