Ya Rəbb əhd eylədin, əhdinə qılsan vəfa!
Gəl görün ruhuma sən, canıma eylə şəfa.
Gözlədim, çox gözlədim, sən gəlmədin,
Necə gördün, bunca hüsran mənə rəva.
Ürəyimdə eşqin çağlar, Xilaskarın qanı kimi
Gir sən çağla, qoy eşqinə olsun dəva!
İstəmirəm cənnətləri, şərab-mərab çaylarını,
Sən badəm ol, cövhərin mey, budur mənə səndən səfa.
Fəqət...səfa!?...yox, bu yanlış, utanc olar bizə səfa.
Can yandırmaq yoldur sənə – ruh ağrısı zövqi-cəfa!
“İlahi, məni niyə tərk etdin!” naləsinə kim qatlanar?
Tərki-ilah ahı ağır, etmə yara böylə əda.
Bir bülbültək cəh-cəh vuran aşiqlərdən olammadım,
Sükut bağlar məni sənə, səs ayırar, olar xəta.
Qulaqlarım duymaz oldu, vəhyin daha duyulmayır,
Sözün yetməz Məsihiyə, Ruhun göndər eylə səda.
No comments:
Post a Comment