Kiçik uşaqlar məsihi mahnıları oxuyurlar. Arada, əgər Məsihi deyilsinizsə, qulağınıza xoruz banı eştiməmiş sözlər dəyər məsələn, “Hosanna”. Məsih olmasanız da gəlmə olduqlarını anladığınız insan surətləri görəcəksiniz. Və izzətləndirmək sözü. Bu söz gəlmə deyil, ancaq qulağa da yatmır, daha doğrusu gəlmə və ya alınma sözə bənzəyir, lakin “Hosanna”dan fərqli olaraq bu o qədər də bəlli olmur. Çünki dilimizdə izzət sözü var və bu sözə bir şəkilçi artırıb, qaradan qaralamaq feli düzəltdiyimiz kimi izzət-dən izzətləndirmək çıxarmaq olar. Lakin nə azərbaycan mətbuatında, nə də ədəbiyyatımızda bu mənbələrlərlə az-çox tanış olan birisi kimi izzətləndirmək felinə heç rast gəlməmişəm. Bu fikir əlbəttə azəricəni tamam bildiyimdən və ya öz dilimi tamam bilməyi iddia edəcək qədər təkəbbürlü olmağımdan yox, uzun illərin təcrübəsindən və içində olduğum durumdan irəli gəlir.
Yaxşı, bəs bu sözlə, videokliplə demək istədiyim nədir? Demək istədiyim budur ki, bu klip azəri məsihiliyinin güzgüsü kimi düşünülə bilər. Burda gördükləriniz hər biri bir şeylərdən xəbər verir. Artıq məsihi uşaqlar vardır, yəni nəsil yetişir. Artıq məsihilərin özünəməxsus leksikonu, söz tərkibi yanarır. Artıq məsihilər icmalar şəklində fəaliyyətlərini yavaş-yavaş açığa çıxarırlar – bu bir təşkilatlanmadan xəbər verir. Bu prosesdə təbii ki, başqa ölkələrdən olan Məsihilərin və ya insanların da olması qaçınılmazdır.
Lakin məncə izzətləndirmək feli həm daha başqa mətləbləri açır. Əgər türkiyə məsihilərinin saytlarına baş çəksəniz bu sözün onlarda işləndiyini görəcəksiniz. Nəzərə alsaq ki, Azərbaycandakı məsihilik daha doğrusu onun gəlmə qolları yenidir onda bu sozün Türkiyə məsihilərindən gəlməsi ehtimalı vardır. Qohum xalqdan söz almaq indi hər kəsin sıradan bir olay kimi qəbul etdiyi faktdır. Ancaq Azərbaycan Məsihilərinin bu sözü alması Türkiyə və Azərbaycan Məsihiləri arasındakı əlaqədən və azərbaycandakıların, Türkiyə Məsihilərinin təsiri altında olmasından xəbər verir. Bu həm də bir şəbəkə deməkdir.
Məncə pis deyil. Hər halda gerçək bir məsihidən kimsəyə təhlükə olmaz necə ki, gerçək bir müsəlmandan belə bir təhlükə olmamalıdır. Məgər həm məsihilər, həm də müsəlmanlar, Allahı yaxşı əməllər vasitəsilə izzətləndirməyin önəmini qəbul etmir? Zəhmət olmasa, youtube saytına baş çəkin və orda azəri sözüylə axtarış apararaqdan son günlərin videokliplərini tapıb (tarixinə görə klipləri axtarsanız tapacaqsınız), onların arasından da azəri məsihilərinin oxumalarını, musiqilərini bir neçə dəqiqə seyr edin. Onların arasında məncə biri xüsusilə diqqətçəkəndir.
No comments:
Post a Comment