Məsihilik və ya İsəviliklə bağlı Azərbaycanda bir çox gerçəyə uyğun gəlməyən stereotiplər vardır. Bu bloqda onların da bir qisminə göz atacağıq. Lakin öncə stereotipin nə olduğunu ümumi və sadə şəkildə qeyd edək, ondan sonra konkret stereotiplərə keçərik. Bəri başdan qeyd edim, burda stereotip sözünə verilən anlayış və onun izahı elmi, psixoloji, peşəkar və s. və ia izah deyildir. Bu yazı daxilində və sadəcə bu yazıda istifadə üçün stereotip deyildikdə gerçəkliyi bu və ya digər şəkildə sabit, ümumiləşdirilmiş qavrama və qiymətləndirmə şəkilləri başa düşülür. Stereotiplərin heç də hamısı yalan və ya yanlış deyil. Onlar bir qayda olaraq zaman keçdikcə donuqlaşan və şəxsin avtomatik düşüncə "template"-inə çevrilən dünyanı, konkret gerçəkliyi görmə şəklidir. Onlar təcrübənin ümumiləşdirilməsinə dayana bildiyi kimi, yalana, kəskin və birdəfəlik sarsıdıcı psixoloji yaşam təcrübəsinə də dayana bilər. Bu halda biz Məsihiliyi olduğu kimi ifadə etməyən və ya məsihilərin İsəviliyi yanlış təmsil etməsindən dolayı rədd etdiyi stereotiplərdən danışacağıq.
Bunların bəziləri aşağıdakılardır:
1. Məsihilər bir Allaha deyil, birdən çox Allaha inanırlar.
2. Məsihilər Allah Ataya, Allah Oğula və Məryəm Anaya - hər üçü bir arada - Allah qəbul edərəkdən sitayiş edirlər.
3. Məsihilər Xaça sitayiş edirlər.
4. Məsihilərin inancı və kitabı təhrif olunmuşdur.
Bu stereotiplərin bir qismi Quranın təsvirlərindən irəli gəlir.
No comments:
Post a Comment