Hamıya salam,
Birbaşa mətləbə keçək: heç bir dəfə də olsa ömrünüzdə düşünümüsünüz ki, niyə Qurani-Kərim Xristianlığa və ya başqa sözlə deyilsə Məsihiliyə bu qədər diqqət ayırır - bütpərəstliyə nisbətən? Heç fikirləşmisiniz mi nə üçün Azərbaycanda məscidlərdən daha qədim kilisələr vardır? Bircə dəfə də olsa Naxçıvanın quru çöllərində böyrüüstə yıxılmış daş xaçların ermənilərə yoxsa, bizə, daha doğrusu sizə aid olması ehtimalı haqqında baş sındırmısınız?
Hə? Elə isə xoş gəldiniz. Bunların cavablarını burda tam tapmasanız da, hər halda birlikdə biz bu cavablara ipucu tapa bilərik. Həmin ip(ucu) ki Yaradan ona bərk-bərk sarılmağı təklif edir...
No comments:
Post a Comment