İlahi haqqında inanılası ən önəmli ideya, dəyər və ya öz
yaşantılarınızda yaşamalı olduğunuz ən əsas münasibət, Allahın təkliyi ya
çoxluğu deyil, Onun ədalətliliyidir. Çünki tək, ancaq ədalətsiz ilahiyə ibadətdən
daha qorxunc, yazıq bir şey təsəvvür etmək çətindir. İlahiyə ibadətin rasional əsası
da insanın nöqteyi-nəzərindən buna dayanır: İlahi ədalətlidir və Onun ədaləti
mükəmməldir və buna görə də Ona ibadət etməyə, Ona, türklər demiş, “tapmağa” dəyər.
Bu, etiraf edim ki, çox yarımçıq yanaşmadı. Biz İlahiyə sadəcə ədalətli olduğu
üçün ibadət etmirik. İlahi, bizə belə bir nəsihət verdiyi üçün Ona ibadət
edirik. Ədalət özlüyündə İlahiyə ibadətin tək və yeganə əsası deyil, amma zəruri
əsaslarındandır deyilə bilər.
"Beləliklə, qalıcı olan üç şey var: iman, ümid və sevgi. Bunların da ən üstünü sevgidir." (Korinflilərə Birinci Məktub 13:13)
Friday, June 12, 2015
Saturday, May 9, 2015
Məsihi Əzabları
“Həvari Peterin Birinci Məktubu”nda deyilir: “Sevimlilər, sizi
sınamaq üçün aranızda baş verən odlu imtahana sanki başınıza gələn qəribə bir
iş kimi təəccüb etməyin. Əksinə, Məsihin əzablarına nə qədər şərik olursunuzsa,
o qədər sevinin ki, Onun izzətli zühurunda hədsiz sevinəsiniz. Məsihin adına
görə təhqir olunsanız, siz nə bəxtiyarsınız! Çünki Allahın izzətli Ruhu üzərinizdə
qalır. Lakin heç biriniz qatil, oğru ya başqa cür cinayətkar kimi yaxud
başqalarının işinə qarışan şəxs kimi əzab çəkməsin. Amma əgər bir insan məsihçi
kimi əzab çəkirsə, qoy bundan utanmasın, bu adı daşıyaraq Allahı izzətləndirsin.”
(1 Peter 4:12-16)
Thursday, April 2, 2015
Ümidin Səsi
Salam Əzizlərim! Uzun müddət
yazmadıqdan sonra yenidən yazmağa başlamaq bir az çətin olur, ancaq haradansa
başlamaq lazımdır, elə deyilmi?
Bu həftə sonu kilisələr Pasxa
bayramını qeyd edəcəklər. Əgər qeyd edirsinizsə, bəri başdan hamınızın bayramı
mübarək deyirəm! Açığı, bayramı qeyd edəcək əhval-ruhiyyədə deyiləm. Həm kilisə
xidməti ilə bağlı gərginlik, həm gündəlik həyatdakı münaqişələr insanı tükətir.
Belə anlarda qutsal kitabdan ümidverici fikirləri oxumaq inanclıya ayağa qalxıb
yola davam etməyə, Məsihin söylədiyi kimi çarmıxını dalına alıb onun arxasınca
getməyə kömək edər. Səbrli olmaq və içindəki ortamda İlahinin sevəcəyi bir şəkildə
hərəkət etmək özü də məziyyətdir və Bibliya bu məziyyətə malik insanları
alqışlayır.
Thursday, December 25, 2014
Tuesday, December 9, 2014
Onun Gəlişinə Hazırlıq
“...Yaxşı çoban mənəm. Necə ki, Ata məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrudan canımı qurban verirəm. Bu ağıldan olmayan başqa quzularım var ki, onları da gətirməliyəm. Onlar da səsimi eşidəcək, beləcə tək sürü, tək Çoban olacaq.” (Yəhyanın nəql etdiyi müjdə 10:14-16. Müqəddəs Kitab. Bakı 2009)
Friday, November 14, 2014
Oxuyacağınız Kitablar
Abraham
Coşua Heşel (Abraham Joshua Heschel) iyirminci əsrin önəmli ravvinlərindədir.
İnanc və din haqqında çox maraqlı kitabları var, özəlliklə də Əhdi-Ətiqin izahı
məsələsində çəkici və yenilikci, orijinal fikirləriylə tanınır. Onun “Peyğəmbərlər”
(The Prophets) kitabı digərləri ilə müqayisədə daha məşhurdur. Həmin kitabda
A.C. Heşel Əhdi Ətiqdəki peyğəmbərlərin kimliyi, peyğəmbər olmanın və ümumiyyətlə
peyğəmbərliyin özəlliklərini anladır. Məni onun kitablarına çəkən yazı tərzi və
mücərrəd konseptləri çox canlı, metaforik dillə izahı olub.
Onun
aşağıda adlarını çəkdiyim kitablarını İngiliscə oxuya bilərsiniz.
1.
The Prophets (Peyğəmbərlər)
2.
God in Search of Man (Allah İnsan Sorağında)
3.
Man is not alone (İnsan Tənha Deyil)
4.
The Sabbath (Şabat Günü)
Oxuyun!
Peşman olmayacaqsınız!
Monday, October 6, 2014
Xristian Təliminin Məqsədlərindən Biri
İsa Məsihin
kimliyinə və həyatına dayanan təlimin məqsədi haqqında Bibliyada bəzi mülahizələrə
rastlanılır. Bu ideya və mülahizələrdən birinə bu gün nəzər salacağıq. Sözünü
etdiyimiz fikirləri bilmək həm Bibliyanın şərhi, həm də onu inanc gözüylə
oxumaq üçün önəmlidir. Bibliya, daha öncə bəhs etdiyimiz kimi, mürəkkəb
kitabdır və istənilən ideyanı dəstəkləmək üçün ondan sui-istifadə etmək
mümkündür. Buna səbəb Bibliyada bir çox ideya və hadisələrdən və bir çox
perspektivdə danışılmasıdır. Bundan başqa Bibliyadakı janr rəngarəngliyi onu şərh
etdiyimiz zaman əsas məqsədi gözdən qaçırmaq ehtimalını artırır. Belə
yanlışlığın baş verməsi ehtimalını azaltmaq üçün Bibliyanı inanc gözüylə nə
üçün oxuduğumuzu bilməliyik.
Tuesday, September 2, 2014
Dönüş - Tövbə - Metanoya
"Bütün vergiyığanlar və günahkarlar İsanı dinləmək üçün Ona yaxınlaşırdılar. Fariseylər və ilahiyyatçılar isə "Bu adam günahkarları qəbul edir və onlarla yemək yeyir" deyə deyinirdilər.
Amma Isa onlara bu məsəli çəkdi: "Sizlərdən birinin yüz qoyunu olsa və onlardan birini itirsə, doxsan doqquzunu çöldə qoyub itmiş qoyunu tapanadək onu axtarmazmı? Tapanda isə onu sevinclə çiyinlərinə qoyar. Evə gələndə öz dostlarını və qonşularını çağırıb belə deyər: "Mənimlə birlikdə sevinin, itmiş qoyunumu tapmışam!" Sizə doğrusunu deyirəm: beləcə də göydə tövbə edən bircə günahkara görə tövbəyə ehtiyacı olmayan doxsan doqquz saleh insan üçün olduğundan daha çox sevinc olacaq."
Thursday, March 27, 2014
Ruhun Gördüyü
“16.Buna
görə biz ümidimizi itirmirik. Zahirimiz get-gedə xarab olsa da, daxilimiz gündən-günə
təzələnir. 17.Çünki müvəqqəti, yüngül əziyyətlərimiz bizə bir şeylə müqayisə
edilməz dərəcədə böyük və əbədi izzət qazandırır. 18.Gözlərimizi görünən şeylərə
deyil, görünməyən şeylərə dikirik. Çünki görünənlər gəldi-gedər, görünməyənlərsə
əbədidir.”
(Korinflilərə Birinci Məktub. Müqəddəs Kitab, Bakı-2009)
Gözlərinizi
qapayanda siz nə görürsünüz?
Yuxularınıza nələr, kimlər qonaq gəlir?
Öz – özünüzlə, tək, yalnız qalanda varlığın o biri üzündən
Sizə kim boylanır?
Görünməyəni necə görmək olar?
Sunday, February 16, 2014
Kilisə Nədir
Kilisə
bina deyil. Kilisə kütlə də deyil. Kilisə İsa Məsihdə İlahini görmüş, Onun müjdəsinə
inanmış və İlahiyə tapınmaq üçün bir araya gələn insan icmasıdır. Əslində kilisənin
kilisə olması üçün insanların bir araya gəlməsi də o qədər vacib deyil,
baxmayaraq ki, kilisəni görmək, qavramaq üçün ən azından gözlə görünən bir
qrupa ehtiyac var.
Saturday, January 25, 2014
İsa Məsih və Uşaqlar
"15. Adamlar körpələri də İsanın yanına gətirirdilər ki, İsa onlara toxunsun. Bunu görən şagirdlərsə onlara qadağan etdilər. 16. Amma İsa uşaqları yanına çağırıb dedi: "Uşaqları buraxın, qoy Mənim yanıma gəlsinlər! Onlara mane olmayın! Çünki Allahın Padşahlığı belələrinə məxsusdur. 17. Sizə doğrusunu deyirəm: kim Allahın padşahlığını bir uşaq kimi qəbul etməsə, oraya əsla daxil ola bilməz"." (Müqəddəs Kitab. Bakı 2009)
Wednesday, December 25, 2013
Miladınız Mübarək!
Hamınızın Milad Bayramı Mübarək!
Bizdən biri olmağı, "biz"ləşməyi və insan əzablarını bölüşməyi özünə yad bilməyən Rəbb sizi qorusun!
Bizdən biri olmağı, "biz"ləşməyi və insan əzablarını bölüşməyi özünə yad bilməyən Rəbb sizi qorusun!
Friday, December 6, 2013
Məsihə Oxşamaq və ya İmitatio Kristi
Kimliyindən,
necəliyindən, hardalığından, nəvaxtalığından asılı olmadan bütün insanlar,
heyvanların bir çoxu da daxil olmaqla, təqlid edərək, biri-birindən görüb-götürərək
öyrənirlər və yaşayırlar.
Bir
körpə ata-anasını təqlid edər. Uşaqkən oynadığımız oyunlar belə təqlid edərəkdən
öyrənmənin bir şəklidir. Bir aslan balası, anasının ovlamasını müşahidə edərək,
onu yamsılayaraq öyrənər.
Oxşamaq,
oxşatmaq, yamsılamaq, təqlid etmək universaldı. Toplumlar biri-birinin nailiyyətlərini
təqlid edərlər. Bütöv hərəkatlar bir ya bir neçə şəxsin, qrupun yaşam tərzini təqlid
edərlər. Bu,
istəsək də istəməsək də belədir. Bilmədən, fərqində olmadan təqlid etmək və ya
yamsılamaq da olur.
Monday, November 25, 2013
Ağlınıza Nə Batır?
Sizcə hansı İlahiyə ya Allaha inanmaq daha ağlabatandı?
Özünü güclü, asıb-kəsən, hər şeydən üstün kimi göstərən və
tanıdan birisinə? Yoxsa, özünü güclü, asıb-kəsən olmaqdan daha çox sevən,
bağışlayan, insan əzablarına şərik olan, özündən bir şeyləri insanlar üçün fəda
edən, insaniləşən və təvazökarca bizi özünə dəvət edən birisinə?
Saturday, October 19, 2013
Qohelet nə deyir
“9.İşləyən
adama zəhmət çəkib gördüyü işin nə faydası var? 10.Gördüm ki, bu işi üzərində zəhmət çəkmək
üçün Allah insanlara verib. 11.Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti
də insanların ürəyinə qoydu. Hərçənd ki, insan Allahın etdiyi işi əvvəldən
axıra qədər anlaya bilməz. 12.Mən bilirəm ki, insan üçün şadlıq etməkdən və
ömrü boyu xeyirxahlıq etməkdən yaxşı şey yoxdur. 13.Həm də hər kəsin yeyib-içməyi
və gördüyü işdən zövq almağı Allahın bəxşişidir.” (Vaiz 3:9-13. Müqəddəs Kitab.
Bakı-2009.)
Friday, September 20, 2013
Rəbbin Qoyunları
İncildə
və Əhdi-Ətiqdə keçən heyvan adlarından biri qoyundu. Bir sıra hekayə və məzmurlarda
çoban bənzətməsi İlahi, İsa Məsih, qoyun bənzətməsi isə inananlar üçün istifadə
edilib. Tanrı inanclıların çobanına, inanclılar isə İlahinin qoyununa, bəzən
quzusuna bənzədilir.
Wednesday, August 7, 2013
Çoxsəslilik
Müqəddəs
Kitabın maraqlı özəlliklərindən biri onun çoxsəsliliyidi. Çoxsəslilik
(polifoniya) birdən çox səs, ton, mövqe, yanaşma anlamına gəlir. Deyilə bilər
ki, çoxsəslilik hər yerdə və bir çox nəsnələrdə var. Burası doğrudur. Birisinin
bir problemə, işə, insana münasibəti zamanla dəyişə bilər. Amma çoxsəslilik
zamanla dəyişən münasibəti yox, bir məsələyə eyni bir zamanda bir neçə münasibətin,
fərqli yanaşmanın olmasını ifadə edir.
Thursday, June 27, 2013
Xətasız Qul Olmaz və ya Davudla Betşebanın Hekayəti
Bibliyada
keçən maraqlı hekayələrdən biri padşah, peyğəmbər və şair (ənənənin doğru söylədiyini
qəbul etsək) Davudun günahkarlığı, loru dillə desək, oğraşlığı və əclaflığı
haqqındadı.
Davud
tarixi şəxsiyyət olub. İsrailliləri öz ətrafında birləşdirib güclü dövlət
qurmağı bacarıb, Bibliyaya görə, şeirlər-ilahilər yazıb, hələ musiqi alətləri də
icad edib. Davud həm də qorxmaz olub. Bibliyaya görə, Davud heç kimin təkbətək
döyüşməyə cürət etmədiyi nəhəng Qoliyatı öz sapandı ilə öldürüb. Davud
hamımızın adını eşitdiyi Süleyman peyğəmbərin (və padşahın) atasıdı. Davud Rəbbin
seçdiyi bir insanmış.
Sunday, May 26, 2013
Razısınızmı?
“Uşağa
tərbiyə ver, bundan vaz keçmə,
Tərbiyə
kötəyi ona ölüm gətirməz.
Əgər sən
onu kötəkləsən,
Canını
ölülər diyarından xilas edərsən.”
(Süleymanın Məsəlləri 23:13-14)
Sunday, May 19, 2013
Nəf(ə)s
Ruax Ha-Qodeş. Pneuma Haqion, Müqəddəs Ruh.
Başlanğıc kitabında (Bibliyadakı birinci kitab) elə ilk cümlələrin birində deyilir ki, yeri və göyü yaratdıqdan sonra Allahın Ruhu suların üzərində süzürdü. Bu həmin Ruhdu ki, İlahi insanı yaratdıqda öz nəfəsindən bir parça kimi onu insanın içinə üfləyib və biz onu nəfəs kimi alıb verməklə həyatı yaşayırıq.
Bu gün (19 May) Ümumbəşəri Kilisə Pentekost bayramını qeyd edir. Bu bayram Müqəddəs Ruhun həvarilərin üzərinə enməsini anladır. Müqəddəs Ruhun Xristian liturgiyasında açılmasını görmək üçün Pentekostal və Xarizmatik kilisələrə nəzər salmaq bəlkə kömək edər.
Bibliyada Müqəddəs Ruhu və ya Rəbbi təsvir edərkən nəfəs, külək, od-alov kimi bənzətmələrdən istifadə edilir. O, təmizləmək, doldurmaq, ümid vermək, həyat rəmzidir.
Qısacası, Tanrı Nəfəsindən əskik olmayasınız!
Başlanğıc kitabında (Bibliyadakı birinci kitab) elə ilk cümlələrin birində deyilir ki, yeri və göyü yaratdıqdan sonra Allahın Ruhu suların üzərində süzürdü. Bu həmin Ruhdu ki, İlahi insanı yaratdıqda öz nəfəsindən bir parça kimi onu insanın içinə üfləyib və biz onu nəfəs kimi alıb verməklə həyatı yaşayırıq.
Bu gün (19 May) Ümumbəşəri Kilisə Pentekost bayramını qeyd edir. Bu bayram Müqəddəs Ruhun həvarilərin üzərinə enməsini anladır. Müqəddəs Ruhun Xristian liturgiyasında açılmasını görmək üçün Pentekostal və Xarizmatik kilisələrə nəzər salmaq bəlkə kömək edər.
Bibliyada Müqəddəs Ruhu və ya Rəbbi təsvir edərkən nəfəs, külək, od-alov kimi bənzətmələrdən istifadə edilir. O, təmizləmək, doldurmaq, ümid vermək, həyat rəmzidir.
Qısacası, Tanrı Nəfəsindən əskik olmayasınız!
Subscribe to:
Posts (Atom)

