“Uşağa
tərbiyə ver, bundan vaz keçmə,
Tərbiyə
kötəyi ona ölüm gətirməz.
Əgər sən
onu kötəkləsən,
Canını
ölülər diyarından xilas edərsən.”
(Süleymanın Məsəlləri 23:13-14)
Bibliyadan
daha bir cümlə (yoxsa ayə?). Hər kəsin razılaşacağını sanmıram. Bəlkə yumşaldıcı şərh etməklə
günümüzlə uyğunlaşdırmaq olar, ancaq bu halda belə razılaşmayanların ola biləcəyini
təxmin edirəm. Bir yerə qədər bütün dini kitablar həm də təhlükə mənbəyidi. Dar
könüllə və dayaz beyinlə oxunduğunda çox fəsadları ola bilər. Özündən əmin
olmayan, uğursuz həyat yaşayan bir atanın ya ananın bu fikir Bibliyadadı deyə
öz övladlarına qəddar davranmasını, içindəki acığı övladlarına proyeksiya etməsini
düşünə bilirəm.
Məhz
buna görə bütün müqəddəs kitabları sevgiylə oxumağa və bir az da gerçəkliklə
tarazlaşdırmağa ehtiyac var. Əvvəllər bu barədə yazıb-yazmadığımı xatırlamıram,
ancaq yazmışamsa, yenə yazmaqda bir qüsur yoxdu: məncə inancla bağlı istənilən
norma şərh edilərkən sevgi, mərhəmət və ədalət prinsipiylə yozulmalıdı.
Ancaq
sözün düzü, həyatda elə yeniyetmələrə rast gəlmişəm ki, adam bilmir beləsinə hədd
qoymağa kötəkdən başqa nə yarayar. Dilimizdəki gönüqalın, boynuyoğun, üzünün
suyu tökülmüş ifadələri belələri haqda işlədilir.
Mən
özüm heç vaxt kiməsə əl qaldırmağın tərəfdarı olmamışam, ancaq bir az sərt yola
əl atdığım olub.
Nəsə. Həyatınızda
kötəyə layiq insan olmasın.
No comments:
Post a Comment