İncildə
və Əhdi-Ətiqdə keçən heyvan adlarından biri qoyundu. Bir sıra hekayə və məzmurlarda
çoban bənzətməsi İlahi, İsa Məsih, qoyun bənzətməsi isə inananlar üçün istifadə
edilib. Tanrı inanclıların çobanına, inanclılar isə İlahinin qoyununa, bəzən
quzusuna bənzədilir.
Azərbaycanda
da insanı qoyuna bənzədərlər ancaq bunun çaları xoş deyil. Bir qayda olaraq,
fağır, bəzən axmaq adama qoyun deyilməsini eşitmişəm. Çoban bənzətməsi də onun
kimi, kobud, qanacaqsız, bəzən də biliksiz adamlara istinad edir.
Göründüyü
kimi, arada bir mədəni-tarixi uyğunsuzluq var. İncili oxuyub orda özünün qoyuna
bənzədildiyini görən bəzi inanclılar özlərini rahat hiss etməyə bilərlər. Belə
olduqda nəzər almaq lazımdır ki,:
1.
Qədim kültürəl simvollar xüsusən onlar vəhyin anladılmasında istifadə
edilirsə, bizim stereotiplərlə dəyərləndirilməməlidi və bir inanclı bu cür dar
kültürəl yanaşmadan kənara çıxmağa cəhd etməlidi.
2.
Həmin simvol, bənzətmə vasitəsilə niyə, nəyin, necə anladıldığına
daha çox diqqət ayırmaq lazımdı, nəinki onun çağdaş kültürdə yerinə.
3.
Müqəddəs kitabda işlədilən və bizim dünyarögürüşümüzdəki dəyərləndirmələrə
tərs düşən bənzətmələri başqa bir düşüncəyə, bizi bərkə-boşa çəkən bir aləmə
qapı kimi görmək daha məqsədəuyğundu.
No comments:
Post a Comment