“9.İşləyən
adama zəhmət çəkib gördüyü işin nə faydası var? 10.Gördüm ki, bu işi üzərində zəhmət çəkmək
üçün Allah insanlara verib. 11.Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti
də insanların ürəyinə qoydu. Hərçənd ki, insan Allahın etdiyi işi əvvəldən
axıra qədər anlaya bilməz. 12.Mən bilirəm ki, insan üçün şadlıq etməkdən və
ömrü boyu xeyirxahlıq etməkdən yaxşı şey yoxdur. 13.Həm də hər kəsin yeyib-içməyi
və gördüyü işdən zövq almağı Allahın bəxşişidir.” (Vaiz 3:9-13. Müqəddəs Kitab.
Bakı-2009.)
İnsanın
ürəyindəki əbədiyyət nə anlamına gəlir? Hər şeyin öz vaxtında və gözəl yaradılması nə
deməkdi? Əqrəb gözəlmi yaradılıb? Bəs gördüyü işdən zövq almayan insan necə, Sizif kimi cəzaya məhkum edilib?
Bəlkə mən
sualı düzgün qoymuram?
Mən bir onu bilirəm ki, bu suallar üzərində düşünməyə dəyər.
Ona görə yox ki, onların üzərində düşünməklə cavab tapacaqsınız. Cavabı olan
suallar ikinci, üçüncü dərəcəli, kiçik suallardı. Onların cavabı var axı. Siz də
bilməsəniz, biriləri biləcək. Önəmli olan cavabı olmayan suallardı. Onlar bizə
yol göstərir. O mənada ki, o suallar haqqında, daha doğrusu onların mümkün
cavabları haqqında düşünməklə özümüzü, yolumuzu tapırıq. Bəlkə elə buna görə, həyatda
bir çox sualların cavabı yoxdu. Hər kəsin öz cavabı olsun deyə.
No comments:
Post a Comment