Sizcə hansı İlahiyə ya Allaha inanmaq daha ağlabatandı?
Özünü güclü, asıb-kəsən, hər şeydən üstün kimi göstərən və
tanıdan birisinə? Yoxsa, özünü güclü, asıb-kəsən olmaqdan daha çox sevən,
bağışlayan, insan əzablarına şərik olan, özündən bir şeyləri insanlar üçün fəda
edən, insaniləşən və təvazökarca bizi özünə dəvət edən birisinə?
Məncə
ikinci seçənək, birincisindən daha ağlabatandı. Dünyanın bütün böyük, oturuşmuş
inanclarında (xristianlıq da daxil olmaqla) güclü, hər şeyə qadir, özünü gücdə
açan Yaradan, Allah və ya buna bəzrə bir gerçəklik obrazı-təsviri var.
Ancaq
yalnız bir inancda Allah əzab, bağışlamaq, sevmək və insan üçün cəfa çəkmək özəlliyiyilə
açılır. Mən bunu açığı izah etməkdə acizəm, ancaq insanda özünü tanıdan, insan
uğruna özünü fəda edən, bəşər övladının ağrılarını öz üzərinə alan İlahi
qavramında dərin bir sevgi, yolunu azmış insanlıq üçün sonsuz bir kədər və kinsiz
bağışlamaq nüansları var.
No comments:
Post a Comment