Thursday, April 2, 2015

Ümidin Səsi



Salam Əzizlərim! Uzun müddət yazmadıqdan sonra yenidən yazmağa başlamaq bir az çətin olur, ancaq haradansa başlamaq lazımdır, elə deyilmi?
Bu həftə sonu kilisələr Pasxa bayramını qeyd edəcəklər. Əgər qeyd edirsinizsə, bəri başdan hamınızın bayramı mübarək deyirəm! Açığı, bayramı qeyd edəcək əhval-ruhiyyədə deyiləm. Həm kilisə xidməti ilə bağlı gərginlik, həm gündəlik həyatdakı münaqişələr insanı tükətir. Belə anlarda qutsal kitabdan ümidverici fikirləri oxumaq inanclıya ayağa qalxıb yola davam etməyə, Məsihin söylədiyi kimi çarmıxını dalına alıb onun arxasınca getməyə kömək edər. Səbrli olmaq və içindəki ortamda İlahinin sevəcəyi bir şəkildə hərəkət etmək özü də məziyyətdir və Bibliya bu məziyyətə malik insanları alqışlayır. 

“Bütün qayğı yükünüzü Ona ötürün, çünki O sizin qayğınıza qalır.” (1 Peter 5:7)
Burada “Ona” Yaradana istinad edir. Birinci Peter çətinlikdə olan imanlılara ümid verən bir məktubdur və imanlıları həvəsləndirir ki, çətinliklərini Rəbbə həvalə etsinlər.

“Rəbbin xeyirxahlığını dirilər arasında görəcəyəm,
Buna şübhəm yoxdur.
Rəbbə ümid bağla!
Möhkəm və cəsarətli ol!
Rəbbə ümid bağla!” (Məzmur 27:13-14)


“Qorxma, çünki mən səninləyəm,
Dəhşətə gəlmə, çünki Allahın mənəm.
Səni qüvvətləndirəcəyəm,
Sənə kömək edəcəyəm.
Sadiq sağ əlimlə Sənə dayaq olacağam.” (Yeşaya 41:10)


“Yalnız bununla deyil, çəkdiyimiz əziyyətlərlə də fəxr edirik, çünki bilirik ki,  əziyyətdən dözüm, dözümdən Allaha xoş gəlmə, Allaha xoş gəlmədən də ümid yaranır. Ümidimiz də boşa çıxmır, çünki Allah məhəbbəti bizə verilən Müqəddəs Ruh vasitəsilə ürəklərimizə tökülüb.” (Romalılara 5:3-5)

Bu cümlələrin üzərinə düşünün. Onlar sizə ümid verər və yollarınıza işıq salar.


No comments:

Post a Comment

gündəlikdə axtarış