Wednesday, August 26, 2009

"Mən" və yenə də mən

2005-də yazdığım cızma-qaralardan biri. Nuş olsun. Özünüzün tanıdığı özünüzü, başqalarının tanıdığı özünüzdən ayırmağa çalışın. Bu da ilahiyə gedən yolda ilk addımlardan biridir.


Dünən küçədə, mitinqdə idim.
Hər kəs kimi qışqırırdım, səsim batmışdı.
Xatirələrim isə dönüb dolanıb hey səninlə keçirdiyim gecəyə qayıdırdı.
Batan səsimdə sənin iniltilərini xatırlayırdım və özümü söyürdüm.
Əsil vətənərpərvər olmadığıma görə.
Axı düz etmirdim.
boğaz vətən qışqıranda fikir sənin yanında idi.
Arada bir məni də söydülər,
Sən demə hər kəs yumruğunu havaya qaldırıb bağırırmış,
Mənsə əlimi havaya qaldıranda
yenə də yataqda etdiklərimizdən birini xatırladım
və xəyala daldım
Bir Allah bilir fikir, indi görən harada idi.
Içimdə başqa mən,
Çölümdə başqa.
Çölümdəki hər kəs kimi...
İçimdəki əksinə...
Ancaq mənim, “mən”im kimi.
İçimdəki mən,
Çölümdəki mənimə tüpürəndə
O tüpürcək bir damcı yaş olub gözlərimdən çıxanda
Mən yenə də, yenə də, yenə də,
Səninlə idim xəyalımda.
Və içimdəki “mən”imə
Yoxsa çölümdəki mənimə
Ağladığımı da bilmədim.
Heç göz yaşlarımı da silmədim.
Qoy elə bilsinlə vətən üçün ağlayıram...
Axı çölümdəki mən
Içimdəki məndən vacib idi o anda.
Susdum.
Bezdim daha ən sonda
Içimdəki mən başqa məni yıxıb
Kütlədən ayrılanda,
Təkliyə çəkilib içimi, çölümü,
Hərəkətimi və düşüncəmi
Öz tanıdığım “mən”i
Başqalarının tanıdığı məndən ayıranda
Iki qızın söhbətini eşitdim.
Onlar da mitinqdən ayrılmışdılar.
Biri o birinə mitinqdə qışqıra-qışqıra
Dalınca düşən oğlan barədə nə düşündüyünü deyəndə,
O biri də ona özünün mitinqdə, fikrinin isə
Təzə aldığı şalvarının yanında olduğunu söyləyəndə...
Gözlərimdəki yaş bilmirəm sevindiyimdənmi
Yoxsa o an əsən küləkdənmi qurudu.
Sən demə hər kəsin
Bir içində, bir çölündə “mən” olurmuş
Və mən də
O içində, çölündə
Özündə
Gələcəkdə kimdənsə tutacağı dölündə
Məni olan qızlar kimi
Çoxmənliyəm...
Çünki,....
Eeeehhhhhhhhh.......
çünki....bilmirəm... bilmirəm...

No comments:

Post a Comment

gündəlikdə axtarış