Daha bir cızma-ağ. Məşhur birinci misranın (deyəsən bir az dəyişdirmişəm...) hardan gəldiyini yəqin xatırlayarsınız... . Sevgilərin ən üzgünü, ən dərini və ən çox çəkdirəni, ehtirasdan nəf(ə)si yandırıb yaxanı Gözəllər Gözəli, Sevgilər Sevgisi, Yanğılar Yanğısı, Onda(n)dır... .
Səni bu hüsn ilə, cəmal ilə görüb, qorxdular “insan” deməyə,
Qalxdılar, kibr ilə, nifaq ilə varıb əzməyə, “idbar” deməyə.
Getdilər Məkkəyə ev görələr - canla şəhadət verələr,
Olmadı səbr ilə, təvaf ilə vüsal, döndülər bir daşa “irşad” deməyə.
Müslima! Sorsana Allah nə edir taxta xaç üstdə!
Kəlamdır - cism ilə, kəmal ilə. Gəl Ona “irfan” deməyə.
İsəvi söylər Sözün zahirini, ta kimsələr söz etməsin,
Batinini aç eşq ilə, amal ilə, Məsihə “Rəhman” deməyə...
No comments:
Post a Comment