Tanrı Xocalıda ölənlərin hamısına rəhmət eləsin. Xocalı özlüyündə ağlamalı, üzərində düşünməli bir hadisədi. Xocalıdan çox şey öyrənmək olar.
Bu kiçicik yazıda mən Xocalıdan tarixi, sosial-siyasi hadisə kimi bəhs edəcəm.
Xocalı tarixi hadisədi, ona görə ki, Azərbaycanlıların yuxusuna girməyən başlarına gəlib – onların kökünü kəsməyə cəhd ediblər. əlbəttə yeddi – səkkiz milyonu qırmaq asan məsələ deyil, lakin Xocalı bu arzunun konkret bir yerdə gerçəkliyə çevrilmiş şəklidi. Xocalıya baxanda biz kökükəsilmişliyin nə demək olduğunu görürük. Xocalı tarixi hadisədi ona görə ki, nəsillərin yaddaşına hopub, ürəklərdə yara açıb. Xocalı köməksizliyin, düşmənçiliyin, işləməyən bürokratiyanın, saxtarkarlığın, insan faciəsinin bir araya gəldiyi hadisədi.
Xocalı həm də sosial hadisədi. Bu hadisə Azərbaycanın savaşı uduzmasını, böyük güclərin əslində hər zaman hər istədiyini dolayı da olsa yeritməsi anlamına gəlir. Xocalı bizim etnik kimliyimizdə bir alçaldılmanın izidi.
Xocalı soyqırımı həm də siyasi hadisədi. O mənada ki, ondan siyasi kapital düzəldib istifadə edirlər. Yeni yaradan dövlətin ideologiyasında, kimliyində, beynəlxalq təşkilatlarla oyunlarda Xocalı soyqırımı siyasi alət, vasitə, sərmayə kimi işə yarayır. Əlbəttə, Xocalı hadisəsini soyqırım kimi tanıtmaq yaxşıdı, buna çalışmaq-filan-beşməkan öz yerində. Ancaq bundan görən Xocalı insanına nə düşür? Ruanda soyqırımının tanınmasından kasıb, ac-yalavac Tutsi, Xutu nə qazandı ki, Xocalılı da onu qazana? Heç nə.
Ölənlərə rəhmət, qalanlara səbr, səbəbklara cəza...
No comments:
Post a Comment