İnsanlar biri-birilərinə münasibətdə soğan kimidilər. Şəxsiyyətləri, kimlikləri qat-qat, lay-laydı. Soğanı soyanda necə gözünu acışdırırsa, insan da elədi. Dərinə gedib biri-birilərinin qatlarını, laylarını açdıqca gizlətdiklərindən gələn iy aləmi başına götürür – gözlərinə dolur. Gərək bir az ehtiyatlı olasan. Ən dərin laya getmələri üçün (buna nə zaman, kiminlə və necə ehtiyac var?) bütün qatları açmaları gərəkdi - dərin münasibət dərin güvənc, dərin sorumluluq və dərin niyyət istər. Bütün qatları açmaq isə hərdən o gizlətdiklərinin qoxusundan gözlərinin dolması anlamına gəlir.
Hər soğanı soymağın anlamı yoxdu. Hər kəsə soğan olmaqda da bir anlam görmədim.
No comments:
Post a Comment