Nəhayət ki, bilgisayarım düzəldi. Daha doğrusu, düzəltdilər. İki həftə bilgi saymağa bilgisayar olmadığına görə necə deyərlər əlim hər yerdən üzülmüşdü. Düzdü, dostların kompüterləri bilgi və başqa şeylər saymağa fürsət verirdi, ancaq bu adamın öz bilgisayarı kimi bir şey deyil.
Bu arada başqa məsələlər barədə bir qərara varmalı oldum. Azeribloqun işi məni qane etmədiyinə görə, ordakı bloqumu bağladım. İndi artıq sadəcə bu gündəliyim var, odur ki, burada həm inanc, həm də başqa mövzularda yazılar görəcəksiniz.Qayıdaq kompüterimə. Kompüterimdən ayrılmaq mənə ondan nə qədər asılı olduğumu göstərdi. Gününün yarısını bilgisayarda keçirən adam üçün kompüterini işlədəmməmək zülm kimi bir şeydi. Bu iki həftə bir dostumun bir zamanlar öz kompüterinə niyə "masya" adını verməsini xatırlatdı. Bu dostum öz kompüteri haqda danışanda "masya" (məsumə sözündəndi deyəsən) sözünü işlədərdi – yəni komptürinə ad vermişdi. Və onun ad verməsi mənə o vaxt qəribə gəlmişdisə də indi onu anlayıram. Adam bir əşyaya bağlananda heç yaxşı olmur. Ancaq hərdən belə şeylər olmalıdı ki, biz də öz qüsurlarımız anlayaq. Məncə kompüter asılılığından qurtarmağın vaxtı gəlib artıq...
Kompüter asılılığından qurtarmağın vaxtı gəlib və artıq keçir də..
ReplyDeleteAsılılıq yaxşı deyil, amma, bir tərəfdən də baxır nəyə. Yəni, internet, kompüter olsa belə orda nə cür vaxt keçirirsənsə, deməli artıq asılılığı bununla ölçməli olursan ki, bu pisdir, yoxsa yaxşı.. Xeyri varsa asılı ol, amma, həyatdan, ətrafdan da təcrid olunmamaq şərti ilə.. Demək ki, yenə də dönüb-dolaşıb bir nəticəyə gəlinir, asılılıq yaxşı deyil. Hər şey qədərində.
Hörmətlə,
shebnem.azeriblog.com
shebnem.canli.az