Saturday, January 23, 2010

Gündəliyin son günləri














O biri gündəliyim can çəkişir. Daha bir neçə gün öncə artıq ölüm ayağında olan gündəliyin olan-qalan materiallarını da siləndə bu ağlıma gəldi. Gündəliyin ölümü. Ancaq birdən, qəfil deyil, can verərək, yavaş-yavaş ölməsi.


Əlbəttə o gündəliyi bir göz qırpımında silmək olardı. Ara-sıra o biri gündəliyə baş çəkib oxuyanlar gündəliyin nəyə görə pozulmasını öyrənsinlər istədim. Lakin bu arada hər gün girib postları gedərək azalan və ən sonda sadəcə bir postdan ibarət olan gündəliyə baxmaq istər-istəməz məni gündəliyin ölümü ideyasına gətirib çıxardı. Ancaq gündəliyin ölümü bir az neytral səslənir. Buna gündəliyin qətli daha doğrusu öldürülməsi də demək olar. Gündəlik ölürsə və ya öldürülürsə, onda onun doğulması, böyüməsi, yeniyetməlik çağı, yetişkinlik çağı da olmalıdı.
İnternetdə ara-sıra illərlə yazılmayan, ölən ancaq basdırılmayan gündəliklərlə qarşılaşıram. Görən bir bloqun ölməsi, basdırılması həm də hərdən qəbirdən çıxarılması və dirildilməsi (eyni adlı, eyni mövzulu gündəliyin yenidən yazılması?) o bloqun sahibi, yazarı və oxuyucuları üçün nə deməkdi? 

No comments:

Post a Comment

gündəlikdə axtarış