"Beləliklə, qalıcı olan üç şey var: iman, ümid və sevgi. Bunların da ən üstünü sevgidir." (Korinflilərə Birinci Məktub 13:13)
Monday, January 18, 2010
Martin Lüter King
Bu gün Martin Lüter King günüdür. Təbii, Azərbaycanda deyil. Ancaq məncə, onu bu gün öz dilimizdə də xatırlamağa dəyər. Martin Lüter King xatırlanmağa dəyər birisidi. O, qara dərili amerikalıların azadlığı, daha doğrusu kağızdakı hüquqlarının genişləndirilməsi və praktikada işləməsi üçün savaş verən bir pastor, vicdanlı vətəndaş və səmimi inançlı idi. Ümumbəşəri Kilisənin yaxşı-pis, xeyir-şər qarışıq tarixində onun kimi şəxslər İlahi Lütfün qığılcımları kimi ara-sıra yanıb-sönürlər.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment