Thursday, January 14, 2010

Xristian İlahiləri: Necə Yazmalı





Bu yazımda İsəvilərin öz ibadətlərində istifadə etdikləri ilahilərə göz atmaq istəyirəm. İlahi isəvilikdə, İslamda olduğu kimi, dini məzmunlu musiqi və (ya) mahnı deməkdi və əsasən kilisə ibadətində və ya kilisədən kənarda İlahiyə ibadət etmək üçün qeyri-formal ortamlarda işlədilir. Bəri başdan deyim ki, ömrümdə bir dəfə də olsun ibadət üçün ilahi yazmamışam. Yəqin sizə qəribə gəlir: necə olur ki, heç ilahi yazmayıbsan, indi qalxıb necə ilahi yazmağı öyrədirsən? Cavabım belədi: əvvəla İlahi yazmasam da özüm ilahi potensialı olan şeirlər yazıram – gündəliyimi daimi izləyənlərdənsinizsə onda nədən yazdığımı bilirsiniz. İkincisi, ilahilər oxuyan və bu haqda az-çox öyrənmiş birisi kimi belə düşünürəm ki, ilahi haqda təcrübəmi və düşüncələrimi bölüşmək üçün mütləq ilahi yazmağa ehtiyac yoxdu. Indi keçək əsas məsələyə.


İlahi ibadət məqsədilə və ya dini, Rəbbi izzətləndirmək üçün yazıldığına görə, ilahi yazarkən vulqar, arzuolunmaz jarqon sözləri işlətmək arzuolunmazdı. Belə sözlər ibadət ortamına uyğun deyil və insanları ibadətə hazırlamqdan daha çox, onların fikirlərini dağıda, gərəkən ruhi-hissi əhvalı almasına maneə olar.
İlahinin daha bir məqsədi insanlara inanclarını öyrətməkdi. Musiqi və mahnıdan istifadə edərək insanların öz inanclarını öyrənməsi tamamən normaldı və bu dəfələrlə, müntəzəm edildikdə, çox güclü vasitəyə çevrilir, inancı öyrənmək üçün bir kanal olur. Buna görə də ilahi yazarkən onu anlamsız sözlərlə doldurmaq, biri-birilə əlaqəsiz, arxasında bir yanaşma, anlama durmayan söz və ibarələri təkrarlamaq özünü doğrultmur. Əksinə, Ümumbəşəri Kilisənin əsrlər uzunu ilahidə ələ alınan mövzu haqda nə öyrətdiyi göz önünə alınmalıdı, həmin öyrətinin önəmli, açar sözləri və konseptləri ilahidə xatırlanmalıdı ki, bundan icma üzvləri öyrənsinlər.
İlahilər oxunduğuna və musiqisi olduğuna görə, onların mahnı üçün yatımlı olması arzuolunandı. Sözlərin lakonikliyi, ilahilinin qısalığı, müsbət özəlliklər kimi görülə bilər.   
Bundan başqa bu prosesdə həm də topluma, onu oxuyacaq insan qrupunun özəlliklərini, mümkün bilik dairəsini göz önünə almaq və bundan yararlanmaq lazımdı. Məsələn, məncə Azərbaycanca yazılan ilahilərdə, özəlliklə də klassik ədəbiyyat janrı kimi Əruzdan yararlanan ilahilərdə klassik ədəbiyyatımızın motiv və ibarələrindən istifadə edilməsi inancın daha doğmalaşmasına nədən olar. Bibliyadakı söz və motivlərdən yararlanmaq da önəmlidi: bunlar insanların Bibliyanı dolayısıyla öyrənməsinə, inanc elementlərini mənimsəməsinə səbəb olur.
Məncə bu mövzuda bu qədər yetər. Elə bildiklərim də bura qədərdi... .

No comments:

Post a Comment

gündəlikdə axtarış