Monday, December 28, 2009

bap-balaca yeniliklər


Son günlər iki qara xəbər biri-birinə qarışıb. Birincisi budur ki, azəribloq-da yenə də problem var və sayt çalışmır. Ona görə də o biri bloquma girəmmirəm. İkincisi də budur ki, keçən həftə kompüterimdə virus tapılıb və kompüteri “müalicəyə” göndərdiyimə görə, indi özüm kompütersizəm. Ona görə də gündəliyə heç nə yaza bilmirəm. Daha bir neçə gün belə keçməlidi.
 
Bu arada sizi bir maraqlı nüansla tanış edim: İslamla qarşılaşdırma ortamında. İslamın vurğuladığı Allahın təkliyidi. Buna görə də İslam Allahın təkliyinə diqqət ayırır. Allahın təkliyinə və Məhəmmədin də həmin bu tək Allahın peyğəmbəri olduğuna inanmaqla müsəlman olursunuz. Məsihilikdə isə bu önəmlidi ancaq mərkəzi (mərkəz – ortanc?) deyil. İsəvilikdə mərkəzi mövzu Tanrının İsa Məsihdə və İsa Məsih vasitəsilə nə etməsidi. Bunun da adı insanları bağışlamaq, onları qurtarmaqdı. İsa Məsihdən öncə də onun ətrafındakılar Tanrının təkliyini və bütlərə ibadətin yanlışlığını bilirdilər: İsa Məsihin artıq bəlli bir açılımı (vəhyi) təkrarlamasına ehtiyac yox idi. Odur ki, İsəvilikdə bu prinsip İslamda olduğu kimi vurğulanmır. Ancaq bunun yerinə İlahinin təkliyini, İsa Məsihin İlahiliyi ilə necə barışdırmalı mövzu dönə-dönə dartışılır. Lakin mərkəzi mövzu bu da deyil. Mərkəzi mövzu İlahinin İsa Məsihdə neylədiyini və İsa Məsihin özünün nə etdiyini anlamaq və bunu qəbul etməkdi. Odur ki, birisi sadəcə İlahinin təkliyini qəbul etməklə deyil, həm də İsa Məsihin İlahi təcəllası, İlahi Məbədi və İlahinin Özü olduğunu və Tanrının bu Məbəddə etdikləriylə insanlığı daha ağır bir vəziyyətdən - günahdan qurtuluşa dəvət etməsini qəbul etməklə isəviləşir. İslamla Xristianlığı müqayisə etdiyinizdə lütfən bu özəlliyi gözardı etməyin.

No comments:

Post a Comment

gündəlikdə axtarış