Göy üzü,
Tanrının gözləriylə dolub.
İşıldayır, sayrışır, göz vurur.
Hər yerdə, bir yerdə
O yerdə və
Heç yerdə
Onun gözləri.
Dikilmiş bizə.
Dikcə baxır üzümüzə.
“Nədir?” – Soruşur baxışlarıyla
“Geri dönmürsən”?
“Eybi yox,” – bir ulduz sayrıdı,
yandı-durdu
Demə Tanrıymış: göz vurdu.
“Nəfəsimi apar” dedi, “gərək olar...”
“Qapılarım hər zaman üzünə açıq.”
Bizsə geri döndük – çəkib getmək üçün.
Atanın baxışları kürəyimizdə,
Gözləri doldu.
“Dayan” sözü duyuldu,
Əks-sədası
köhnə ay kimi
Doğrandı, ulduzlara döndü,
Göy üzü Tanrı gözlərindən utandı,
Od tutub,
Alışıb-yandı.
“Al” dedi səs,
“Gözümün İşığını-Bircə Oğlumu da
Sənə verdim, yolçuluq etsin”
Elə bu an göydən bir ulduz axdı.
Göy üzü
Rəbbin gözləriylə dolu,
İşıldayır, sayrışır, göz vurur.
Hər yerdə, bir yerdə,
O yerdə və
İçimizdə
Rəbbin Gözləri... .
No comments:
Post a Comment