Thursday, October 1, 2009

Simvolun Dili


Həm Pravoslav, həm Katolik, həm də Protestant kilisələrində xaça rast gələ bilərsiniz. Ancaq bunların arasında fərqlər də var. Katolik kilisəsində xaçlarda İsa Məsih gözləri açıq təsvir olunar. Pravoslav xaçlarında İsa Məsihin gözləri yumuludu: O ölmüş göstərilir. Protestant xaçlarında isə bir qayda olaraq yerli – dibli heç kim olmur. Bu simvolizm özünəməxsus mənaya malikdi və hər üç İsəvilik qanadında kimin nəyi vurğuladığını anladır. Katoliklərə görə insanlar Məsihin əzablarında təmizə çıxarılıblar. Odur ki, o gözüaçıq, diri yəni əzab çəkərkən təsvir edilər. Pravoslav kilisələrində isə İsa Məsihin ölümü daha önəmlidi. Onun ölümündə bizim günahlarımız yuyulub. Protestantlarda isə İsa Məsih xaçda deyil. Niyə? Ona görə ki, o dirilib. O xaça gərilib, ölüb, basdırılıb və dirilib onun üstünə gərildiyi xaç boşdur. Vurğu diriliş üzərindədir.
Bu simvolizm eyni zamanda da İsa Məsihin qurtuluş işinin fərqli tərəflərini təsvir edir. İslamdan fərqli olaraq Xrisianlıqda (günahdan, ölümdən) Qurtuluş və bu Qurtuluşun baş tutması (İsa Məsihin işi vasitəsilə) və inanclının həyatına necə tətbiq olunmasının (Müqəddəs Ruh vasitəsilə) bir şəkli, yolu var. Məsihilik belə bir inancı içərir ki, insanların naqisliklərinin təzahürü olan öz günahlarından qurtulmascına ehtiyacı var və bu ehtiyacı da İlahidən başqa kimsə ödəyə bilməz. Bu ehtiyacın ödənilməsi insan-ilahi qovşağında baş verir və yenə də Tanrının işi, onun nəfəsiylə insanların həyatına tətbiq edilir. Bu İlahinin Lütfünün və insanlara olan sonsuz sevgisinin ifadəsidi.

No comments:

Post a Comment

gündəlikdə axtarış