Dünən üç gün davam edən konfransda bir türk pastorla, kilisə qurucusuyla tanış oldum. Onunla tanış olmaq məni nəinki həvəsləndirdi, həm də bir çox işlərdə əslində məndən daha öncə, məndən daha çox özünü Rəbbə həsr edənlərin olduğunu göstərdi. Bu, insanı təvazökarlığa dəvət edən, onun yavaş-yavaş şişən özündənrazılıq qabarını dağlayan bir yaşantı idi. Almaniyada yaşayıb sıfırdan başlayaraq 100-dən çox üzvü olan türk kilisəsi qurmaq, ilahilər yazmaq, bir pastor yetişdirib kilisədə öndərliyi ona ötürmək, hər məsihinin yaşadığı gözəllik deyil.
Pastor mənə Azərbaycan kilisələrinin yazıb istifadə etdiyi ilahilərdən bir neçəsini verdi. Türkcə yazılmış ilahilərdən diqqətimi çəkən isə onların həm müasir estrada janrlarında, həm də klassik türk makam musiqisi üsulunda yazılmaları idi. Bu məni çox sevindirir, çünki Rəbbimiz İsa Məsih üçün yazdığım qəzəllərin muğam tərzində oxunağacağına ümidlərimi artırır. Məsihilikdə ibadət üçün musiqidən istifadənin çox uzun və ziddiyyətli tarixi var. Günümüzdə bir çox kilisələr musiqidən yararlanır, ancaq musiqini tamamən rədd edən kilisələrə də rast gəlinir - bu qruplar bir qayda olaraq azlıq təşkil edir.

Bir kilisədə istifadə olunan musiqiyə, ilahinin sözlərinə diqqət yetirməklə o kilisənin, qrupun teoloji anlaması, mövqeyi barədə çox şeyləri öyrənmək olar. Bu xüsusən də musiqidən istifadənin çox geniş yayıldığı və sərbəstləşdiyi Protestant kilisələrinə aiddir. Məsələn, bəzi kilisələrdə oxunulan ilahilər Tanrıya münasibətdə ancaq ümumi əvəzlikləri istifadə edir - Bibliyada tez-tez rastlanan və İlahini kişi-erkək şəklində təsvir edən sözlər, əvəzliklər (söhbət əlbəttə cins katerqoriyası olan dillərdən gedir: rus, ingilis, alman kimi) çıxarılır və ya çox nadirən xatırlanılır. Başqa kilisələrdə isə ilahi kimi ancaq məzmurlar istifadə edilir. Bir qrup kilisələrdə ilahilər Tanrını təsvir edir, onun əlamətlərinə diqqət ayırır. Başqa qrup kilisələrdə isə ilahilər daha çox ümid, Tanrının insanlar üçün nə etməsinə diqqət yetirir. Buna görə də bir kilisəyə getmək və onların İlahiyə necə inandığını az-çox anlamaq istəsəniz, onların musiqisinə də fikir verin.
No comments:
Post a Comment